APREL 23; "Azərbaycanda multikultural dəyərlər-etniklərin tarixi (I bölmə)" Genocide Memorial Complex/ Quba Soyqırımı Memorial Kompleksi təqdimatı ilə 23 aprel saat 15:00-da "Azərbaycanda multikultural dəyərlər-etniklərin tarixi (I bölmə)" mövzusunda keçiriləcək seminarımızı izləməyi hər kəsə tövsiyə edirik.
Seminarımızda Azərbaycanın multikultural mühiti - Talışlar, İngiloylar, Ləzgilər, Tatlar, Quba rayonunda yaşayan milli azlıqlar və etnik qruplar haqqında bir-birindən maraqlı müzakirələr edəcəyik.
Məruzəçilər: 1. Millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov 2. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Əliyeva 3. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyova 4. Tarix üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Əliyev 5. Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova
Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.
Meeting ID: 867-3404-7273 Link: https://us02web.zoom.us/j86734047273
Maarifləndirici seminarlarımız davam edir
Aprelin 23-də keçirilən növbəti seminar "Azərbaycanda multikultural dəyərlər, etniklərin tarixi” mövzusuna həsr olundu. Quba Soyqırımı Kompleksi direktoru Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları İradə Əliyeva, Nərminə Əmirbəyova və tarix üzrə fəlsəfə doktoru Məhəmməd Əliyev məruzələrlə çıxış etdilər. Seminarda ölkəmizdəki multikultural mühit, xalqımızın tarixdən gələn ənənələri və etniklərə mehriban qardaşlıq münasibətlərindən danışıldı. Bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, növbəti seminarlarımıza qatılmalarını səbirsizliklə gözləyirik.