APREL 21; “Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar" Maarifləndirici seminarlarımız davam edir!
Növbəti seminarımız 21 aprel saat 15:00-da "1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar" haqqında olacaqdır.
4 dildə təşviqat işlərini həyata keçirən Quba Soyqırımı Memorial Kompleksi (Quba Soyqırımı Kompleksi) tərəfindən təşkil olunmuş seminarda 1918-ci ilin yazında Bakı quberniyasında azərbaycanlıların soyqırımı, 1918-ci ildə Quba qəzasında baş vermiş soyqırım və yerli qüvvələrin müqaviməti, Gəncə Quberniyası və Lənkəran qəzasında türk-müsəlmanların soyqırımı, 1918-ci il Cənubi Azərbaycanda türk-müsəlmanların soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il soyqırımlarının tanıdılması ilə bağlı gördüyü işlər, Fövqəladə Təhqiqat Komissiyası kimi mövzular müzakirə ediləcəkdir.
Moderator: Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova
Məruzəçilər: 1. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalqına qarşı Soyqırımları Tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadə 2. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, dosent Vaqif Abışov 3. AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 4. Tarixçi, tədqiqatçı Elmar Həsənli
Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz. Meeting ID: 677 357 852 Link: https://us02web.zoom.us/j/677357852
Aprelin 21-də keçirilən növbəti seminar "1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımları"na həsr olundu. Quba Soyqırımı Kompleksi direktoru Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları Natiq Məmmədzadə, Vaqif Abışov, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı, tarixçi, tədqiqatçı Elmar Həsənli məruzələrlə çıxış etdilər. Seminarda 1918-ci ilin yazında Bakı quberniyasında, Quba qəzasında baş vermiş soyqırımı və yerli qüvvələrin müqaviməti, Gəncə quberniyası və Lənkəran qəzasında türk-müsəlmanların soyqırımı, Cənubi Azərbaycanda türk-müsəlmanların soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin soyqırımlarının tanıdılması ilə bağlı gördüyü işlər və Fövqəladə Təhqiqat Komissiyasının həyata keçirdiyi tədbirlərdən danışıldı. Bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, növbəti seminarlarımıza qatılmalarını səbirsizliklə gözləyirik.