APREL 14; "Dünyada ortaq Türk mirası" 14 aprel saat 15:00-da baş tutacaq "Dünyada ortaq Türk mirası" mövzusunda seminarımızda bir-birindən maraqlı məsələlər müzakirə ediləcək.

Türk-islam abidələrindən başlayıb Monqolustanda Göytürk arxeologiyasına qədər uzanan söhbətimizə qoşulmağınızı şiddətlə tövsiyə edirik.

Moderator:

Fariz Sabir Khalilli- Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Məruzəçilər: 1. Elnur Əlisoy - Gürcüstan Respublikası Salam Platforması, Tbilisi 2. Adil Yılmaz - Monqolustan Elm və Texnologiya Iqtisad Universiteti

Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz. #Zoom Meeting ID :863 385 992

Aprelin 14-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində növbəti seminar keçirildi. "Dünyada ortaq Türk mirası" adlı seminarda qədim Türk-islam abidələrindən, Monqolustanda yerləşən Göytürk abidələri haqqında danışıldı. Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Sabir Khalilli maderatorluğu ilə keçirilən seminarda Gürcüstan Respublikasından “Salam” platformasının rəhbəri Elnur Əlisoy, Monqolustan Elm və Texnologiya İqtisad Universitetinin əməkdaşı Adil Yılmaz məruzələrlə çıxış etdilər. Seminara qatılan bütün məruzəçi və iştirakçılara dərin təşəkkürümüzü bildirir, gələcək görüşlərdə iştirakınızı səbirsizliklə gözləyirik. #evdəqal #elmdənqalma !


14 04 2020