APREL 13; "Qoruqların Arxeoloji İnciləri"
Maarifləndirici seminarlarımız davam edir!
Bu dəfə mövcud olan zəngin mədəni irsimizi özündə əks etdirən, tarixi abidələrimizi və arxeoloji ərazilərimizi qorumaq, öyrənmək üçün xüsusi qorunan tarix-mədəniyyət qoruqlarından danışacağıq.
Seminarda Qobustannın Qavaldaşından Keşikçidağ kurqanlar vadisinə, Avey qoruğu Damcılı mağaralar düşərgəsindəki arxeoloji tədqiqatlardan İlisunun Ulu məscidinə, Nardaran qalasından Ağsu kaşısına qədər incilərimizi sizinlə bölüşəcəyik.
13 aprel saat 15:00-da keçiriləcək seminarın mövzusu "Qoruqların Arxeoloji İnciləri" olacaq.
Moderator: Mahir Qəhrəmanov - Qoruqların idarə olunmasına və istifadəsinə nəzarət sektorunun müdiri
Məruzəçilər: 1. Rəhman Abdullayev - Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi 2. Musa Mursaquliyev - Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru 3. Səadət Əliyeva - Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru 4. Azər Qocayev - İlisi Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru 5. Ələmdar Qasımov - Nardaran Tarix-Mədəniyyət Qoruğunun direktoru 6. Fariz Xəlilli - Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru 7. Nurlan Həsənov - Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət qoruğu 8. Zahir Kərimov - Qəbələ Dövlət Tarix-Bədii qoruğu 9. Rüfət Nuriyev - Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət qoruğu
Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz. Meeting ID: 197 695 541
-------Aprelin 13-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində növbəti seminar keçirildi. “Qoruqların arxeoloji inciləri” adlı seminarda ölkəmizin zəngin mədəni irsi, tarix və arxeoloji abidələr, eləcə də tarix-mədəniyyət qoruqlarının fəaliyyətindən danışıldı. Seminara qatılan bütün məruzəçi və iştirakçılara dərin təşəkkürümüzü bildirir, gələcək görüşlərdə iştirakınızı səbirsizliklə gözləyirik.