APREL 12 ; Nizami Gəncəvi yaradıcılığı Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftəmizdə sizi maraqlı məlumatlar və seminarlar gözləyir.

Bu seminarlardan biri də 12 aprel saat 11:00-da baş tutacaq Nizami Gəncəvi yaradıcılığı haqqında seminardır. Əgər Nizami Gəncəvi yaradıcılığını sevirsinizsə, bu seminar sizin üçün çox maraqlı olacaq.

Moderator - Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Baş Fond Mühafizi İsmayılova Gülnarə “Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları” haqqında danışacaq.

Qonaqlar: 1. AMEA Gəncə bölməsi Humanitar Tədqiqatlar İnstitutu Ədəbiyyat şöbəsinin müdri,filologoya üzrə fəlsəfə doktoru Ruziya Quliyeva "Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi Məqbərəsinin bədii təsviri” haqqında söz açacaq.

2. AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin Beynəlxalq Əlaqələr şöbəsinin Böyük elmi işçisi, Filalogiya üzrə fəlsəfə doktoru Əlimuxtar Həsən oğlu Muxtarov "Tarixi abidələrimiz xalqın milli sərvətidir!" mövzusunda danışacaq.

3. Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Həsənova Nuranə “Mədəni İrsimizin və qoruqlarin fəaliyyəti, dünən, bu gün və sabah” mövzusunda sizinlə söhbət edəcək.

Seminara qoşulmaq #zoom Meeting ID: 754 615 106

Aprelin 12-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində seminar keçirildi. Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş seminarda dahi şairin həyat və yaradıcılığı, eləcə də ölkəmizdə tarixi abidələrin qorunması istiqamətində görülən işlərdən danışıldı. Seminara qatılan bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, gələcək görüşlərdə iştirakınızı səbirsizliklə gözləyirik. AMEA-nın Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyevanın seminardan çıxışını təqdim edərək, tədbirdə iştirakına görə Ruziyyə xanıma minnətdarlığımızı ifadə edirik.