APREL 16; "Mədəni irsin bərpa və konservasiya məsələləri" Mədəni irsi qorumaq hər bir ölkənin, eləcə də vətəndaşların borcudur. Elə buna görə də 16 aprel saat 15:00-da bu məsələ ilə əlaqədar "Mədəni irsin bərpa və konservasiya məsələləri" mövzusunda söhbət açacağıq.

Burada Mədəni İrsin qorunmasında Göbeklitepe nümunəsindən, Qəbələ qoruğundaki qazıntılar və konservasiya işlərindən faydalı müzakirələr olacaqdır.

Məruzəçilər: 1. Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, memarlıq üzrə fəlsəfə doktoru Telman Kərimli 2. Fariz Xəllili-Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru 3. Nezih Başgelen – Arxeoloji və İncəsənət yayınları müdiri 4. Dr. Rəqsanə Həsənova - İstanbul Beylerbeyi Sabancı Yetkinləşmə İnstitutu, Restavrasiya və Konservasiya Laboratoriyasından məsul şəxs 5. Ceyhun Eminli - AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, ”Qəbələ Antik və İlk Orta Əsrlər” Arxeoloji Ekspedisiyasinin rəhbəri

Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz. Meeting ID: 758 033 407

https://us02web.zoom.us/j/758033407

Aprelin 16-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində növbəti seminar keçirilib. "Mədəni irsin bərpa və konservasiya məsələləri” adlı seminarda “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Sabir Khalilli, Türkiyədən Arxeoloji və İncəsənət yayınları müdiri Nezih Başgelen, İstanbul Bəylərbəyi Sabancı Yetkinləşmə İnstitutunun əməkdaşı Rəqsanə Həsənova, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ceyhun Eminli məruzələrlə çıxış ediblər.

Seminara qatılan bütün məruzəçi və iştirakçılara dərin təşəkkürümüzü bildirir, gələcək görüşlərdə iştirakınızı səbirsizliklə gözləyirik.