APREL 15; "Mədəni irsin qorunmasına müqayisəli baxış" Tarixi Abidələrin Mühafizəsi Gününə həsr etdiyimiz həftə çox maraqlı keçəcək!
15 aprel saat 15:00-da "Mədəni irsin qorunmasına müqayisəli baxış" mövzusunda faydalı seminarımızda Belçikada türklük və Türk mirası, Azərbaycanda mədəni irsin qorunması işinin təşkili (İtaliya ilə müqayisəli təhlil fonunda) kimi məsələləri analiz edəcəyik.
Moderator: Fariz Xəlilli - Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru
Məruzəçilər: 1. Duygu Ergenç – Orta Doğu Texniki Universitetinin əməkdaşı 2. Rıfat Can – Belçika Türk Dernekleri Başkanı 3. Seyran Quliyev - Mədəni irs proqramlarının və normativ sənədlərin hazırlanması, abidələrin pasportlaşdırılması sektorunun baş məsləhətçisi
Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz. Meeting ID: 688 197 935 Aprelin 15-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində növbəti seminar keçirildi. "Mədəni irsin qorunmasına müqayisəli baxış" adlı seminarda Türkiyənin Orta Doğu Texniki Universitetindən Duyğu Ərgənc, Belçika Türkləri Konfederasiyasından Rıfat Can, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətindən Seyran Quliyev Azərbaycan, Türkiyə, İtaliya, İspaniya və Belçikada mədəni irsin qorunmasını müqayisəli şəkildə müzakirə etmişlər. Duyğu Ərgənc Türkiyə və Avropanın bu sahədə qazandığı təcrübələrdən, bərpa və konservasiyaya ictimaiyyətin münasibətindən, qeyri-hökumət təşkilatlarının yerindən, konservasiyaya analitik və multidisiplinar yanaşmalardan danışıb. Rıfat Can 1964-cü ildən başlayaraq böyük bir türk icmasının Belçikaya kömür mədənlərində işləməyə getməsindən, orada yaratdıqları türk mirasından, Belçika məscidlərindən, Molla Nəsrəddin, Dədə Qorqud, Xurşüdbanu Natəvan, Qarabağ atı abidələrindən bəhs edib. Seyran Quliyev Azərbaycanda mədəni irsin qorunmasının hüquqi əsaslarından, Azərbaycan dövlətinin gördüyü işlərdən, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətindən gördüyü layihələrdən və İtaliyanın oxşar təcrübəsindən danışıb. Müzakirələrə Prof.Dr. Qafar Cəbiyev, Prof.Dr. Şikar Qasımov, Dos.Dr. Gülzadə Abdulova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin şöbə müdiri Mahir Qəhrəmanov qoşulublar. Seminara qatılan bütün məruzəçi və iştirakçılara dərin təşəkkürümüzü bildirir, gələcək görüşlərdə iştirakınızı səbirsizliklə gözləyirik. #evdəqal #elmdənqalma!