APREL 24; "Nizami Gəncəvi Xəmsəsindən ədəbi təhlillər” Nizami Gəncəvi yaradıcılığı haqqında nə qədər oxusaq, öyrənsək azdır. Buna görə də, 24 aprel saat 15:00-da "Nizami Gəncəvi Xəmsəsindən ədəbi təhlillər” mövzusunda seminar keçirəcəyik.
Müzakirəmizdə "Nizami Gəncəvi xəmsəsində Allahın və Məhəmməd ə.s. Peyğəmbərin Mədhi", "Nizami Gəncəvi yaradıcılığı və dünya ədəbiyyatı", "Nizami Gəncəvi,Sələflər və Xələflər", ”Nizami Gəncəvi və folklor” kimi mövzuları təhlil edəcəyik.
Moderator: Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Baş Fond Mühafizi Gülnarə Ismayılova
Məruzəçilər: 1. AMEA Gəncə bölməsi Humanitar Tədqiqatlar İnstitutu Ədəbiyyət şöbəsinin müdiri, filalogiya üzrə fəlsəfə doktoru Ruziya Quliyeva 2. AMEA Nizami Gəncəvi və Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filalogiya üzrə fəlsəfə doktoru, dosent Bədəlova Təhminə 3. Azərbaycan Yazıcılar Birliyinin Gəncə bölməsinin sədri, şairə Xəzəngül Hüseynova 4. Gəncə Dövlət Universitetinin müəllimi İsgəndərov Vüsal
Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.
Meeting ID: 874-0757-5580 Link: https://us02web.zoom.us/j87407575580
Maarifləndirici seminarlarımız davam edir Aprelin 24-də keçirilən növbəti seminar "Nizami Gəncəvi Xəmsəsindən ədəbi təhlillər” mövzusuna həsr olundu. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi Gülnarə İsmayılovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın Gəncə bölməsinin əməkdaşları Ruziya Quliyeva, Təhminə Bədəlova, Azərbaycan Yazıcılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, Gəncə Dövlət Universitetinin müəllimi Vüsal İsgəndərov məruzələrlə çıxış etdilər. Seminarda "Nizami Gəncəvi xəmsəsində Allahın və Məhəmməd ə.s. Peyğəmbərin mədhi", "Nizami Gəncəvi yaradıcılığı və dünya ədəbiyyatı", "Nizami Gəncəvi - sələflər və xələflər", ”Nizami Gəncəvi və folklor” mövzusunda məruzələr edildi. Bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, növbəti seminarlarımıza qatılmalarını səbirsizliklə gözləyirik.