Bərdə rayonunda “Allah -Allah” türbəsinin təmir-bərpa işləri
Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci ildə Bərdə türbəsində və Torpaqqala kompleksində bərpa işləri aparılıb. Abidənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılıb.
Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub.