Qoruğun adı: “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu.
Qoruğun ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Gürcüstan Respublikası ilə sərhəd zolağında, (rayon mərkəzindən 75 km aralı məsafədə)
Qoruğun yaradılma tarixi: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı.
Qoruğun ümumi sahəsi: 1050 hektar
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğun iş saatları: 09:00-18:00
Qoruğa giriş: Qoruğa giriş Dövlət Sərhəd Xidmətinin xüsusi icazəsi ilə verilir.
Qoruğun veb səhifəsi: www.keshikchidagh-heritage.az
Facebook səhifəsi: https://www.facebook.com/keshi...
Instagram səhifəsi: https://www.instagram.com/kesh...
Qoruğa dair tarixi məlumatlar:. Keşikçidağ mağaralar kompleksi əsrlər boyu gürcü tarixi və dini ədəbiyyatında, Rusiya imperiyası arxiv materiallarında David Qaredji kimi tanınan orta əsrlər dövrünə aid ümumxristian abidəsidir. Keşikçidağ mağaralar kompleksi müasir Azərbaycan və Gürcüstan Respublikaları sərhədində yerləşir. Tarixin müxtəlif dövrlərində kompleksə Qabırrı və Kür çaylarının hövzələrini ayıran dağların qayalarında qazılmış 17 monastır və 25 km-lik ərazidə yerləşən dini etiqad obyektləri daxildir. Qoruq erkən orta əsrlər dövründə qazılmış süni və təbii mağaralardan, qala və monastır kompleksindən ibarətdir. Gürcüstan və Azərbaycanı ayıran dağın şimal yamacında yerləşən David Qaredji lavrası əsas monastır hesab olunur. Adı çəkilən bu monastırın bir hissəsi Azərbaycan ərazisində – dağın cənub yamacında yerləşir. Əsrlər ərzində ondan bütün istiqamətlərdə monastırlar ayrılmışdır. İslam dininin yayılması ilə Alban kilsəsinin dağılması və XII əsrin sonu – XIII əsrin əvvəllərində qonşu Abxaz-Gürcü çarlığının və Gürcü kilsəsi təsirinin güclənməsi ilə burada, hal hazırda bütünlüklə Azərbaycan ərazisində yerləşən “Bertubani” adlandırılan “Rahiblər yurdu” (əsası 1208-1209-cu illərdə qoyulub) yaranmışdır. Ötən əsrin 90-cı illərində Gürcüstandan Azərbaycanın sərhədyanı ərazisinə müxtəlif cür “tarix həvəskarları və peşəkarların” nəzarətsiz keçməsi nəticəsində, “Bertubanidən” bəzi freskalar çıxarılıb Gürcüstana aparılmışdır (deyilənlərə görə onlar Gürcüstan İncəsənət Tarixi Muzeyində yerləşdirilmişdir). Hal–hazırda qoruğun Azərbaycana aid olan hissəsində 75 mağara (19 təbii, 56 süni), 2 məbəd, 1 qala, 1inanc yeri, 1 monumental abidə, 87 kurqan tipli qəbir, 23 su quyusu, 12 ərzaq anbarı, 29 sığınacaq olduğu müəyyənləşdirilmişdir. Mağaralar kompleksinin ətrafında ilk insanların yaşayışı daş dövrünə aid edilir. Buradakı təbii mağaraların 2 min il yaşı var, süni mağaralar isə VIII-XV əsrlərə təsadüf edirlər.
Arxeoloji kəşfiyyat işlərinin nəticəsi göstərmişdir ki, Keşikçidağın yüksəklikləri hələ e.ə. II minilliyin sonu-I minilliyin əvvəlindən hasarlı yaşayış məskəni kimi istifadə olunmuşdur. Ceyrançöl kurqanlar vadisində yerləşən qəbirlərin də e.ə. son tunc-ilk dəmir dövrünə aid olan olması fikrimizi əsaslandırmağa imkan verir. Maddi-mədəniyyətdəki varislilik tarixin sonrakı inkişaf mərhələlərində ərazidə yaşayışın ardıcıl olaraq davam etdiyini göstərir. Tədqiqatlar göstərir ki, Keşikçidağ mağaraları hələ eramızın əvvəllərindən bütpərəstlərin - Aya, Günəşə, müxtəlif bitki və heyvanlara etiqad göstərən yerli alban əhalisinin - ibadət yeri olmuşdur. IV əsrin ortalarında Albaniyada xristianlığın dövlət dininə çevrilməsindən sonra Keşikçidağ silsiləsində VI-VII əsrlərdə qaya üzərində inşa edilmiş ümumxristian və alban abidələridir. Gürcü tədqiqatçısı Q.N. Çubinaşvilinin 1948-ci ildə Tiflisdə nəşr edilmiş əsərində məbədin həmin dövrə qədər olan görünüşünü əks etdirən və indikindən tamamilə fərqli şəkli də bunu təsdiq edir.
Albaniyanın 705-ci ildə ərəb xilafətinin dövlətinin tərkibinə qatılması və bununla bağlı xristian albanları üzərinə “cizyə” adlanan can vergisinin qoyulması ilə mağara-məbədlərin qurulması genişləndirilmişdir. VII-VIII əsrlərdə İslam dininin Azərbaycanda yayılması ilə əlaqədar bu mağara-məbədlər albanların özlərini və dinlərini məhv olmaqdan qorumaq üçün sığınacaq rolunu oynamışdır. Bu həm də Keşikçidağ abidələr kompleksinin yerləşdiyi ərazinin müdafiə üçün əlverişli təbii-coğrafi mövqeyi və dağ süxurlarının möhkəmliyi ilə əlaqəli idi.
Keşikçidağda yerləşən qala isə Şəddadilər dövlətinin X-XI əsrlərdə tikilmiş müdafiə və müşahidə qalalarından biridir. Arxeoloji tədqiqatların nəticələri də abidənin erkən orta əsrlərin son mərhələsinə aid olduğunu təsdiq edir. Ayrı-ayrı dövrlərdə bu mağara–məbədlərə çoxlu basqınlar olmuş, talan edilmişdir: XIII əsrdə monqolların hücumu mağara-məbədlərə böyük ziyan vurmuşdur, XIV-XV əsrlərdə isə Əmir Teymurun ordusu bu ərazilərdən keçmişdir, 1615-ci ildə öz ordusu ilə buradan keçən I Şah Abbas böyük dağıntılar törətmişdir. Ərəblərin Azərbaycana gəlişi və İslam dininin qəbulu ilə əlaqədar Albaniyanın şimal-qərb xristian abidələri müəyyən qədər diqqətdən kənarda qalmışdır. Albaniya dövlətinin varlığına 705-ci ildə son qoyulsa da alban kilsəsi XIX əsrin 30-cu illərinə qədər müstəqilliyini qoruyub saxlamışdı. 1836-cı ildə Peterburq Sinodunun qərarı ilə alban məbədlərinin fəaliyyətinin rəsmən dayandırılması ilə Qarabağın dağlıq hissəsində və indiki Ermənistan (Qərbi Azərbaycan) ərazisindəki alban abidələrində erməni, Qərb bölgəsindəki digər alban abidələrində isə gürcü elementlərinin daha da güclənməsi müşahidə olunur.
Arxeoloji tədqiqatların nəticələri və tarixi faktlar Keşikçidağ abidələr kompleksinin alban mədəniyyətinə aid olduğunu, maddi-mədəniyyətdəki ənənəvilik, varislik ilə bu mədəniyyətin əsrlər boyu davamlı olaraq inkişaf etdirildiyini söyləməyə əsas verir. Tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılmış, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olmuşdur. Həmin abidələrdən biri olan, “Keşikçidağ” qoruğundakı maddi-mədəniyyət abidələri, təbii fiziki təsirlərə məruz qalmasına baxmayaraq, öz tarixi simalarını indiyədək qoruyub saxlaya bilmişlər.
İş saatı: 09:00-18:00
Abidənin adı: "İlham Əliyev adına zirvə"
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi təqdim edilib
Inventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.235982
Y-koordinat: 45.241348
Abidənin tikinti tarixi:
Əsr: XXI əsr
Tikinti ili: 2007-ci il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: 2005-ci il oktyabr ayının 12-də şimal-qərb regionlarında, Ağstafa rayonunun Gürcüstan Respublikası ilə sərhəd zolağında yerləşən zastavaların açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keşikçidağ mağaralar kompleksinin təkrarolunmaz relyefə, çoxsaylı arxeoloji abidələrlə zəngin olduğunu görmüş və bu ərazini 2007-ci 19 dekabr 2563 saylı sərəncamı ilə “Keşikçidağ “ Dövlət tarix-mədəniyyət qoruğu elan etmişdir. Ali Baş komandanın Keşikçidağ mağaralar kompleksinin ərazisinə səfər etməsi şərəfinə şimal-qərb bölgəsinin strateji cəhətdən ən hündür yüksəkliklərindən biri “İlham Əliyev adına zirvə” adlandırılmış və zirvədə möhtərəm Prezidentin adı, müvafiq fərmanı ilə bağlı olan məlumat lövhəsi iri daşlardan düzəldilmiş postament üzərində yerləşdirilmişdir.
Abidənin adı: "Keşikçiqala"
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli memarlıq abidəsi kimi təqdim edilib
Inventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.272389
Y-koordinat: 45.211778
Abidənin tikinti tarixi:
Əsr: VII-IX əsrlər
Tikinti ili: məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş Keşikçiqala adlandırılan bir qala yerləşir. Keşikçiqala dəniz səviyyəsindən 850 m hündürlükdə, dağ zirvəsində nəzarət və müdafiə məqsədilə tikilmiş üçmərtəbəli bir qaladır. Qalanın inşa edilməsi tədqiqatçıların gəldiyi qənaətə görə, təxmini olaraq ilkin orta əsrlər dövrünə aid edilir. Qalanın hündürlüyü 11 metrdir. Ümumi planı 5x5,25 metrdir. Qeyd edildiyi kimi yalnız müdafiə məqsədi daşımışdır. Bunu onun ikinci və üçüncü mərtəbəsində dörd tərəfə baxan müşahidə pəncərə gözlüklərinin (mazğalların) olması bir daha əyani olaraq təsdiq edir. Qalanın hündürlüyü boyunca onun möhkəmliyini artırmaq üçün çöl tərəfdən divara birləşdirilmiş əlavə sütun mövcuddur. Onun eni 130 sm, divara doğru qalınlığı 50 sm-dir. Qalanın tikintisində yerli təbii daşdan və qırmızı kərpicdən istifadə edilmişdir. Bu qalada da Azərbaycanın memarlıq abidələri üçün səciyyəvi olan tağ forması mövcuddur. “Keşikçi” mənasını daşıyan və VII-IX əsrdə Albaniyanın yerli əhalisi tərəfindən sıldırım qayada tikilmiş Keşikçiqala öz memarlıq quruluşuna görə Azərbaycan ərazisindəki digər alban qalalarını xatırladır.
Abidənin adı: Ehtiyat su quyuları
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli arxeoloji abidə kimi təqdim edilib
İnventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.240685
Y-koordinat: 45.24001
Abidənin tikinti tarixi:
Əsr: İlkin orta əsrlər-orta əsrlər
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Keşikçidağ mağaralar kompleksində yerləşən su anbarları ərazidə hökm sürən quraqlıq səbəbindən yağış suyundan qənaətcil istifadə məqsədilə yerli əhali tərəfindən yaradılmışdır. Sıldırım qayalıqlar boyu yağış və qar sularının ötürülməsi üçün novlar çapmışlar, Qaya dibi və mağaraların döşəməsi səviyyəsində saxsı tünglə, əhənglə suvayaraq otaqların qərb hissəsində qaranlıq su quyuları düzəltmişlər. Su quyularının tutumu 5, 7, 10, 12 tondur. Ərazidə yaşayan sakinlərin həqiqətən suya möhtac olmaları antik dövr tarixçiləri tərəfindən də təsdiqlənir.
Abidənin adı: Qüdrət bulağı
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli arxeoloji abidə kimi təqdim edilib
İnventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.242634
Y-koordinat: 45.211665
Abidənin tikinti tarixi:
Əsr: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Qatardağ silsiləsi ətrafında müqəddəs yerlərdən biri olan Qüdrət bulağı “İlham Əliyev adına zirvə”dən 500 metr şimalda yerləşir və sıldırım qayalığın içərisinə doğru uzanıb gedir. Həmin ərazidə lap qədimdən bu günə qədər yerli əhali təbiət hadisələrinə – müxtəlif dağlara, ağaclara, suya, oda və s. müqəddəsləşdirilmiş yerlərə inam göstərmişlər. Buranı müqəddəs yer hesab edən, inanıb, niyyət tutub gələn və niyyəti hasil olan insanlar bulağa bu adı (Qüdrət) vermişlər.
Abidənin adı: “1-ci Alban məbədi”
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi təqdim edilib
İnventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.262906
Y-koordinat: 45.223708
Abidənin tikinti tarixi:
Əsr: IX-XII əsrlər
Tikinti ili: məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: I Alban məbədi Ceyrançölün Qatardağ zolağında yerləşir, orta əsrlərə aid edilir və özündə alban memarlığının izlərini daşıyır.
Tədqiqatçıların fikrincə yalnız dini etiqad üçün nəzərdə tutulmuş bu məbəd Aya, Günəşə tapınan albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi dövrlərdə tikilib və bir neçə dəfə təmir - bərpa edilib. Məbəd tikilən ərazinin qərb və şərq səmtləri dağ qılıcı, şimal-cənub tərəfləri sıldırım qayalıqdır. Üzü cənub istiqamətinə baxan, yerli daş materiallarından inşa olunmuş bu məbəd dağa birləşən formadadır.
Məbədin müşahidə məqsədli mazğal formalı pəncərələri tikilinin interyerini qismən işıqlandırır.
Abidənin adı: “2-ci Alban məbədi”
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi təqdim edilib
İnventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.264346
Y-koordinat: 45.222096
Abidənin tikinti tarixi:
Əsr: IX-XI əsrlər
Tikinti ili: məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: II Alban məbədi Ceyrançölün Qatardağ zolağında yerləşir, orta əsrlərə aid edilir və özündə alban memarlığının izlərini daşıyır. Tədqiqatçıların fikrincə yalnız dini etiqad üçün nəzərdə tutulmuş bu məbəd Aya, Günəşə tapınan albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi dövrlərdə tikilib və bir neçə dəfə təmir - bərpa edilib. Bu məbəd dağın zirvəsində günbəzvarı hörgü ilə qurulmuş 2-ci məbəddir. Məbəddə bir neçə dəfə təmir-bərpa işləri, sonuncu dəfə isə, 2004-2006-cı illərdə gürcülər tərəfindən özününküləşdirmə işləri aparılıb. Məbədin giriş qapısı, şərq üzün cənub küncündədir. Girişin yanları və kandarı sal daşlarla hörülüb. Məbədin qərb və şərq divarlarının bayır üzü tağ şəklində dayaq hörgü kimi görünür.
Abidənin adı: “Keşikçidağ kurqanlar vadisi”
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri. Keşikçidağ mağaralar kompleksindən 3-5 km cənubda
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli arxeoloji abidə kimi təqdim edilib
İnventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.242550
Y-koordinat: 45.195630
Abidənin tikinti tarixi:
Əsr: Son tunc-erkən dəmir dövrü
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Kurqanlar vadisi şimaldan “Keşikçidağ” mağaralar kompleksinin sərhədləri, cənubdan Karvan dərəsi deyilən dərə ilə hüdüdlanır, sahə əsasən düzənlikdən ibarətdir. Mağaralar kompleksindən 3 km cənubda yerləşən kurqan və kurqan tipli qəbirlər bir neçə hektar ərazini əhatə edir. Kurqanların örtüyünün diametri böyüklərdə 10-12 metrə, kiçiklərdə 3-4 metrə, hündürlüyü isə 2 metrə qədərdir. Kurqanın örtükləri çay daşlarından ibarətdir. Bu kurqanların aid olduğu dövrü müəyyən etmək üçün 2011-ci ildə AMEA-nın alimləri ilə birlikdə uç sahədə arxeoloji qazıntı işləri aparılmasına başlanılmışdır. Arxeoloji qazıntılar zamanı birinci qazıntı sahəsinin mərkəzində aşkar edilmiş kurqanda heyvan sümükləri, 2 ədəd saxsı qab aşkar edilmiş, ikinci qazıntı sahəsində isə qəbir kamerasında insan skleti aşkarlanmışdır, üçüncü qazıntı sahəsində isə tısbağa çanağı və 5 ədəd küp aşkar edilmişdir. Bu küplərin bəzilərinin içərisində buğda qalıqları aşkar edilmişdir.
Abidənin adı: "Freskalar"
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi təqdim edilib
İnventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.262766
Y-koordinat: 45.223841
Abidənin tikinti tarixi: Məlum deyil
Əsr: XIX əsrlərn sonu XX əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunmuşdur
Abidəyə dair tarixi məlumatlar: Keşikçidağ ərazisindəki bəzi mağaraların divar və tavanlarında xristianlıq mövzusu ilə bağlı çoxlu sayda freska işlənmişdir. Freskalarda da kompozisiyanın tərtib üsulu həmin mağaraların interyerinə qəti uyğun gəlmir. Freskalarda xristianlığın ilk vaxtlarında yaşayan rahiblərin məişəti və inancları öz əksini tapmışdır. İnteryerə hesablanmadan pərakəndə şəklində müxtəlif dini səhnə və obrazlardan ibarət olan freskalarının üzərinə davamlılığını artırmaq məqsədilə sonralar xüsusi şirə (lak) çəkilmişdir.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı freskalar 3 istiqamətdə qruplaşdırılır: “Keşikçiqala” istiqamətindəki freskalar, Alban məbədi istiqamətindəki freskalar, “İlham Əliyev adına zirvə” istiqamətindəki freskalar.
Abidənin adı: Karvan dərəsi qədim yaşayış düşərgəsi
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli arxeoloji abidə kimi təqdim edilib
İnventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.243518
Y-koordinat: 45.191823
Abidənin tikinti tarixi:
Əsr: Alt paleolit dövrü
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Ceyrançöl ərazisindəki Karvan dərəsi qədim yaşayış düşərgəsindən aşkar edilmiş vulkan mənşəli andozit daşından hazırlanmış çox iri və ağır çopper tipli alətin aşkar olunması maraq doğurur. Çünki belə alətlər Azıx mağarasının alt layında aşkar edilmişdir ki, bu da öz növbəsində Ceyrançöl ərazisində və bütövlükdə Azərbaycanın qərb bölgəsində ulu əcdadlarımızın məskunlaşma tarixinin daha qədim olmasını söyləməyə imkan verir.
Abidənin adı: İlk paleolit düşərgəsi yaşayış yeri
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri,
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli arxeoloji abidə kimi təqdim edilib
İnventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.235982
Y-koordinat: 45.241348
Abidənin tikinti tarixi:
Əsr: 25 min il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Böyük Qafqazın cənub və cənub-şərq ətəklərində, yamaclarında, eləcə də maili düzənliklərində paleolit düşərgələrinin çoxluğu nəzərə çarpır. İlk paleolit düşərgəsi indiki Gürcüstan Respublikası ilə sərhəd xəttinə bitişik sahədə, Candar göldən Qaraçöp (Saqareco, Sığınaq) bölgəsinə qalxan, şimal-şərq istiqamətində uzanmış geniş dərin dərənin şərq-gün döyən ətəyində və Qula təpə ilə Karvan dərəsi arasındakı ərazidə yerləşir.
Abidənin adı: Qədim aşel daş dövrü yaşayış düşərgəsi
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Saqqızlı dərəsi, Candar gölündən 3 km şimalda.
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə
İnventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.261416
Y-koordinat: 45.154395
Abidənin tikinti tarixi:
Əsr: 600 min il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Saqqızlı dərəsi Candar gölü ilə Qaltan dağınının arasında geniş dərələrin maili düzənliyə qovuşduğu torpaqlarda yerləşir. Saqqızlı erkən paleolit yaşayış yeri olub, qazıntılar zamanı paleolit dövrünə aid obsidian və çaydaşından hazırlanmış əmək alətləri, gil qab məmulatları aşkara çıxarılmışdır.
Abidənin adı: Ərzaq anbarları
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Gürcüstan Respublikası ilə sərhəd zolağında (rayon mərkəzindən 75 km aralı məsafədə)
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi
Inventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.272893
Y-koordinat: 45.222889
Abidənin tikinti tarixi:
Əsr: İlkin orta əsrlər-orta əsrlər
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Bu ərazidə yaşayan əhali quraq iqlim şəraiti səbəbindən topladıqları yığıcılıq və ovçuluq məhsullarını uzun müddət xarab olmadan saxlamaq məqsədi ilə hər üç-beş mağaradan bir su quyularının üzərində ərzaq anbarları düzəltmişlər. Anbarların eni 60 sm, dərinliyi 1.50 metrdir.
Abidənin adı: "Keşikçidağ mağaralar kompleksi" (Təbii mağaralar)
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə kimi təqdim edilib
Inventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.272338
Y-koordinat: 45.223631
Abidənin tikinti tarixi:
Əsr: 2 min il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Neotektonik proseslər nəticəsində əmələ gəlmiş təbii mağaralar Keşikçidağ mağaralar kompleksindəki iki böyük qaya zolağı altında yerləşir. Mağaralar təbii yolla aşınma, ovulmadan yaranmışdır. İstər Saloğlu, istərsə də Qüdrət bulağı üstündəki bu mağaralar hündür qayalığın yuxarı layında əmələ gəlmişdir. Hər iki dağda yaranmış boşluqlar ən azı üç yarusda, qatda müşahidə edilir. Bir neçə yerdə otaqlar iç-içə, birindən digərinə keçən quruluşdadır. Bu əsrarəngiz mağaralarda ilk öncə aya, günəşə tapınanlar - atəşpərəstlər, daha sonra isə Qafqaz Albaniyasının yerli əhalisi yaşamışlar.
Abidənin adı: "Keşikçidağ mağaralar kompleksi" (Süni mağaralar)
Abidənin ünvanı: AZ0515, Ağstafa rayonu, Ceyrançöl ərazisi, Böyük Qafqaz sıra dağlarının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə kimi təqdim edilib
Inventar: Dövlət qeydiyyatına götürülməyib
Kartoqrafik təqdimat:
X-koordinat: 41.262764
Y-koordinat: 45.223631
Abidənin tikinti tarixi: İlkin orta əsrlər-orta əsrlər
Əsr: V-XV
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Qədim insanların təbii mağaralar üzərində apardıqları belə genişləndirmə işləri sonrakı dövrlər süni mağaraların yaradılması ilə nəticələnmişdir ki, bu da V-XV əsrlərə təsadüf edir. Belə ki, Keşikçidağ mağaralar kompleksinin ərazisi dəniz altından çıxan qum dağlarından ibarət olmuşdur. Bu sıldırım, qumsal qayalıqları yarıb çapma və yaxud yonmaq daha asan olmuşdur. Dağətəyi qayaların altında süni yolla çapılmış otaqlar bəzən 3-4 metr hündürlüyündə olub, divarları əhənglə suvanmış, tavanları isə günbəzşəkillidir. Hər mağaranın özündə dini ayinlər keçirmək üçün otaqlar-zallar düzəldilmişdir. Bu mağaralarda tağlar, yonma-bütöv sütunlar, taxçalar və hücrələr də hazırlamışlar. Bunlarla belə tək-tək və bir neçə nəfərin yaşaması üçün kiçik ölçülü hücrələr düzəldilmişdir ki, bu yaruslara pilləkənlərlə qalxırdılar.