Abidənin adı:

“Kilsə”

Abidənin ünvanı:

AZ3100, İsmayıllı rayonu, Qalagah kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4364 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.36591

Y-koordinat: 48.11418

Abidənin tarixi:

Əsr: XII əsr
Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: İsmayıllının zəngin tarixə malik yaşayış məntəqələrindən olan Qalagah kəndi bu gün də Qafqaz Albaniyası dövrünün yadigarlarına ev sahibliyi edir. Kəndin yaxınlığında I-V əsrlərə aid yaşayış yeri mövcud olub.

Qalagah kəndində qədimdən ləzgilərlə udinlər qarışıq yaşayıblar. Udinlərin alban-xristian dini əllərindən alınaraq erməni kilsəsinə qatılandan sonra bu kənddə ermənilərin yerləşməsi prosesi başlanır. Ləzgilərin İslamı qəbulu bu prosesi daha da gücləndirir. Kənddə inşa olunmuş bazilika, böyük həcm-məkan tutumlu kilsə binası ermənilər tərəfindən mənimsənilərək istifadə edilir. Beləliklə, kilsənin ermənilərin əlinə keçməsi ilə udinlərin assimilyasiyası başlanır. Bu şovinist siyasətlə razı olmayan udinlər sıxışdırılaraq Nic kəndində yerləşdirilirlər.

Sovetlər dövründə ermənilərin yaşadığı Qalagah kəndində sözügedən məbəd erməni kilsəsinə çevrilir. Bədnam xalq üzlük daşla erməni xaçını abidənin fasadına əlavə edirlər. Mərkəzi günbəzli, bazilikalı məbəd maskalanaraq erməni kilsəsinə xidmət etməyə başlayır.

Qalın divarlı, çaylaq və but daşlarından inşa olunmuş məbədin memarlıq traktovkası, tikinti materialları onun bir daha alban məbədi olduğunu sübut edir. Yerli əhəmiyyətli memarlıq abidəsi olan dini tikili öz plan-quruluş həllinə görə Orta əsrlərə aid alban-xristian məbədidir.