Qoruğun adı: “Nardaran” Tarix Mədəniyyət Qoruğu

Qoruğun ünvanı: AZ1097, Bakı Şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi,

Qoruğun yaradılma tarixi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli, 25 nömrəli Qərarı

Qoruğun ümumi sahəsi: 104.39 hektar

Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Qoruğun iş saatları: 09:00 - dan 18:00 - dək

Qoruğa giriş: Ödənişsiz (xüsusi icazənin alınması tələb olunur)

Qoruğa dair tarixi məlumatlar: Paytaxt Bakının Sabunçu rayonunda mövcud olan Nardaran Tarix-Mədəniyyət Qoruğu 20 abidəni əhatə edir. Mədəniyyət və Turizm Nazirliyinin 23 mart 2006-cı il tarixli qərarı ilə Sabunçu rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsi Nardaran qoruğuna verilib. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə Sabunçu rayonu ərazisində, ümumilikdə, 99 tarix və mədəniyyət abidəsi təsdiq edilib.

Nardaran qəsəbəsi Abşeron yarımadasının şimal-şərqində, Bakıdan şimal-şərqə tərəf 35 km və Sabunçudan 21 km məsafədədir. Dənizdən qəsəbəyə tərəf külək nəticəsində çoxu qum topluları gələrək 12-18 metr hündürlüyündə yığınlar təşkil edib. Buna görə də Nardaran bir qədər hündürlükdə yerləşir. İndi ərazidə qumun çəkilməsi ilə bir tərəfdə bəzi tikililər aşkara çıxdığı kimi, yenidən başqa tərəfdən tikililər qumla örtülür.

Nardaran Abşeronun tarixi yaşayış məntəqələrindəndir. Qəsəbənin memarlıq simasının formalaşmasında xalq yaşayış tikililərinin özünəməxsus rolu var. Buranın ilkin xalq məişət və təsərrüfat tikililəri müasir qəsəbənin şimal-şərq hissəsində, qədim yaşayış ərazisində inşa olunub.

Nardaran və onun tarixi barədə mənbələrdə bu yaşayış məskəninin coğrafi ərazisinin daha qədim olduğu göstərilir. Yuxarıda qeyd olunan təbii proseslər üzündən tikililər qumsallıqlar altında qalıb. Tikinti işləri yonulmamış əhəngdaşı və gil-mala ilə aparıldığından, tikililərin xarici təsirlərə qarşı davamlılığı zəif olub, onların bir çoxunun uçulub-dağılması ilə nəticələnib. Ərazinin yaşayış üçün əlverişli olmadığını görən əhali qəsəbənin şimal-qərb hissəsində məskunlaşıb.

Şərq hissədə kəndin – Qalagah ərazisinin (Ümid qayası) tarixi Qobustan qoruğunun ilkin yaşayış məskənləri dövrünə aid edilir. Tanınmış tarixçi alim Sara Aşurbəyli bu ərazini Abşeronun ən qədim məskəni adlandırıb. Hündür qayalıqdan qərbə doğru nəzər saldıqda yarıuçmuş, bir hissəsi torpaq altında qalmış yaşayış və məişət tikililərinin səpələndiyinin şahidi oluruq. Külək bir sıra tikililəri qum laylarından təmizləsə də, torpaq altında qalan binalar çoxdur.

Burada istehkam xarakterli abidələrin üzərindəki epiqrafik əlyazmaların arasında sərkərdələrin, Şirvanşahlar dövlətinin fəal siyasi xadimlərinin adlarına rast gəlinir. Məhz bu tikililər Abşeronda yaşayış məntəqələrinin inkişafına köməklik edib, Nardaran və digər məkanların əsas şəhərsalma mövqeyini formalaşdırıb.

İş saatı: 09:00-dan 18:00-dək

Abidənin adı: "Hamam (Hacı Əbdül hamamı)"

Abidənin ünvanı: AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şeyx Əli

Tuti küçəsi

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar: 3227 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.333171

Y-koordinat: 50.003038

Abidənin tarixi:

Əsr: XX əsrin əvvəli

Tikinti ili: məlum deyil

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Abşeronun yaşayış və ictimai tikililəri arasında yaşayış məntəqələrinin planlaşmasında və abadlaşmasında hamamlar dini binalardan sonra daha aktiv rol oynayır. Onlar əhaliyə xidmət göstərən gigiyenik obyektlər olmaqla yanaşı, həm də çoxfunksiyalı təyinata malikdirlər.

Abşeronda Orta əsrlər dövründən başlayaraq çoxsaylı hamamlar tikilib. Hamamların əsas tikintisi kəndlərin iqtisadi cəhətdən gücləndiyi və əhalisinin artdığı XIX əsr və XX əsrin əvvəllərini əhatə edən dövrə təsadüf edir. Bu, əhalinin neft həyəcanına cəlb edildiyi və iqtisadi imkanların hamamların və digər ictimai binaların tikintisinə yönəldiyi, Abşeron kəndlərinin inkişafında mühüm mərhələ olan bir dövrdür. Hamamlar məhz bu zamanlar kəndlərin planlaşmasında və abadlaşmasında öz parlaq ifadəsini tapıb.

Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsindəki (Şeyx Əli Tuti küçəsi) Hacı Əbdül hamamı Hacı Qulaməli məscidinin şimal tərəfində inşa olunub. Bu tikili tarixən formalaşmış Qənbər məhəlləsinin kiçik meydan ətrafında məhəllə mərkəzini tamamlayır. Yerli əhəmiyyətli memarlıq abidəsi olan hamam XX əsrin əvvəllərində tikilib. Bəzi mənbələrdə abidə Hacı Əbdülün, bəzilərində Hacı Əlinin adı əlaqələndirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr XIX əsr qeyd olunsa da, mənbələr üzrə araşdırmalar onun XX əsrin əvvəlinə aid tikili olduğunu göstərir.

Abidənin adı: "Nardaran Qəsri"

Abidənin ünvanı: AZ1097, Bakı Şəhəri. Sabunçu rayonu, Nardaran kəndi, N. Əsgərov küçəsi

Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli memarlıq abidəsi

İnventar: 4.4 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat:.40.334113

Y-koordinat: 50.001746

Abidənin tikinti tarixi:

Əsr: XIV əsr

Tikinti ili: 1301-ci il

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair məlumatlar: Abşeron yarımadasındakı dünya əhəmiyyətli abidələrdən biri də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki qəsrdir. Qəsrin ətrаfı dördbucaqlı sədd ilə əhatələnib. Tikiliyə giriş şərq divаrındаndır, kiçik qapı üç böyük dаşdаn inşa olunub.

Qüllə düzbucaqlı divаr səddinin mərkəzinə yеrəşir, qərb və şərq divаrlаrının uzunluğu 26,28 m, еni 23,7 m-dir, divаrlаr dörd cəhətə dоğru istiqаmətləndirilib.

Divаrlаrın hündürlüyü хаricdən 5,5 m, dахildən isə 3,5-5,5 m-dir. Divаr sаnki ikimərtəbəlidir. Yuхаrı divаr bоyuncа kiçik dаr müdаfiə pəncərələri və dişcikli еlеmеntlər uzаnır. Tikilinin hər dörd küncündə yаrımdаirəvi bаstоn-qаlаlаr ucаlır.

Üçmərtəbəli mərkəzi qüllənin hündürlüyü 12,5 m, diаmеtri 22,4 m, divаrlаrının qаlınlığı isə 1,6 m-dir. Birinci mərtəbədə susuz quyu vаr, bu yеrаltı yоlun bаşlаnğıcıdır. Nаrdаrаn pirindən şirvаnşаhlаrın yаy iqаmətgаhınа аpаrır. Hаzırdа quyunun üstü dаşlа örtülüb. İkinci mərtəbə də diаmеtri 3,75 m оlаn dаirəvi məkаndаn ibаrətdir. İkinci və üçüncü mərtəbələri аyırаn tаvаnın şimаl-qərb divаrındа qаpı yеrləşir. Burаdаn üçüncü mərtəbəyə аpаrаn vintvаrı pilləkən bаşlаyır.

Üçüncü mərtəbə diаmеtri 3,75 m оlаn dаirəvi оtаqdаn ibаrətdir. Çöl tərəfdən qüllə 40 müхtəlif dаş sırаsınа mаlikdir. Qüllənin dахili divаrlаrındа 3 və 6 m hündürlüyündə аğаc dirəklər üçün оyuqlаrа rаst gəlinir.

Abidənin cənub-qərb hissəsində yuхаrı çаtmа tаğlа örtülmüş dördbucаqlı giriş qаpısı vаr. Divаrın giriş hissəsində kilid dəliklərinin izləri görünür. Bu girişin bir hissəsi divаrlа birlikdə dаğılıb.

Qüllənin cənub-qərb divarında giriş qapısından bir qədər yuхаrıdа, yеrdən təхminən 5 m hündürlükdə çərçivənin içində iki böyük dаş üzərində ərəbcə yazılmış qeyd var. Yаzının tərcüməsi bеlədir: «Bu qüllənin tikintisi hаqqındа Hurа (huri) Bərəkə аnа əmr vеrmişdir ki, öz şəхsi mülkündən könüllü surətdə vəsait аyırаrаq Аllаh yоlundа оnun üzərinə qоyulmuş müqədəs bоrcunu sədəqə şəklində yеrinə yеtirmişdir. Hicri 700-cü il. Rаmаzаn аyının ilk günləri.» (Milаdi 1300-cü illər) Bu yаzıdаn bir qədər hündürlükdə, cənub hissədə daha bir kitabə mövcuddur. Burada da «Tikmişdir Mаhmud ibn Səd» yazılıb. Görünür, bu şəxs qüllənin mеmаrı və ustаsının аdıdır.

Abidənin adı: "Xan bağı köşkü"

Abidənin ünvanı: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi

Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar: 133 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.561809

Y-koordinat: 50.013285

Abidənin tarixi:

Əsr: XV əsr

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: XV əsr Şirvanşahlar dövlətinin möhkəmlənmiş və mərkəzləşmiş dövrü olmuşdur. Həmin dövr Şirvanşahların ən zəngin tikililəri ilə yadda qalmışdır. Şirvanşahların Bakıda saray, məscidlər, türbələr, hamamlar və s. tikdirməsi dövlətin gücündən və zənginliyindən xəbər verir. Həmin dövrdə Şirvanşahlar özlərinə Abşeronun səfalı bir yerində, dəniz kənarında, üzüm bağlarında bir iqamətgah tikirlər ki, o da xalq arasında Xan bağı köşkü kimi tanınır.

Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay yerləşməsinin üzərində epiqrafik yazıları aşkarlanmayıb. Memarlıq-plan həllinə, tikinti texnikası və arxitektonikasına görə Bakıda “İçərişəhər”dəki Şirvanşahlar Saray Kompleksinə daxil olan məscid və Xan türbəsinə yaxınlığı, bu tikilini XV əsrlərə aid etməyə imkan verir. Ancaq şimal fasadda yerləşdirilən böyük miqyaslı portallı giriş binanı Sasani İranın saray tikililəri ilə oxşar edir.

Yazılı mənbələrdə «Xan bağı»nı kоmpleks tikililər - оnu əhatə edən üzümlüklər içərisində bir neçə kiçik köməkçi xidmət otaqlarının, hovuz və iki su quyusunun olduğundan xəbər verilir. Yəqin ki, bağın ərazisi nə vaxtsa baş tağlı girişə malik olmaqla hasarla əhatələnmişdir. Xan bağının yaxınlığında XIV əsrdə tikilmiş hamam da var. Bu kompleks Şirvanşahların yay tikilisi və ya iqamətgahı adlandırıla bilər.

Abidə 1961-ci ildə və 2003-cü ildə bərpa olunub. Abidədə təmizləmə, dam örtüyünün bərpası, şəbəkələrin sınmış hissələrinin bərpası, ətraf ərazinin abadlaşdırılması işləri aparılıb.

Abidənin adı: “Hamam (Hacı Zeynəddin)”

Abidənin ünvanı: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Asəf Zeynallı küçəsi

Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar: 135 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.557831

Y-koordinat: 50.009560

Abidənin tarixi:

Əsr: XIV əsr

Tikinti ili: 1388-ci il

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin tarixi abidələrindən biri də Hacı Zeynəddin hamamıdır. 1388-ci ildə inşa edilən hamamın üstündə olan iki kitabədə tikili haqqında məlumat verilir.

Birinci kitabədə yazılıb: "Bu gigiyena-təmizlik binasının tikilməsi barədə Damqandan olan rəhmətlik müqəddəs Şixabəddinin oğlu çox hörmətli Hacı Zeynəddin göstəriş vermişdir. Allah onu bağışlasın".

İkinci kitabədə isə abidə barədə deyilir: "790-cı ilin müqəddəs məhərrəm ayında usta Qustasif Musa oğlu tərəfindən tikilmişdir".

Abidə hazırda “Hacı Zeynəddin hamamı” olaraq tanınır.

Memarlıq-arxeoloji ölçü cizgilərinə əsasən, 1961-ci ildə abidənin bərpa layihə cizgiləri işlənib. 1990-cı illərdə hamam binasında bərpa-istehsalat işləri aparılıb. İstehsalat zamanı dağılmış daş divarlar əhəngdaşı ilə bərpa olunub.

Abidənin adı: “Pirsəid məscidi” (Rəhimə xanım ziyarətgahı)

Abidənin ünvanı: AZ1097, Bakı Şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, köhnə qəbiristanlıqda

Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar: 136 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.333235

Y-koordinat: 50.002740

Abidənin tikinti tarixi:

Əsr: XIV əsr

Tikinti ili: 1363-1364-cü illər

Abidənin istifadəsi: Ziyarətgah və nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair məlumatlar: Paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində mövcud olan Orta əsr memarlıq yadigarlarından biri də köhnə qəbiristanlıqdakı Pirsəid məscididir. Ölkə əhəmiyyətli bu memarlıq abidəsi el arasında “Rəhimə xanım ziyarətgahı” kimi tanınır. Yerli camaatın verdiyi məlumata görə, Nardaran piri miladi tarixlə VIII əsrə aiddir.

Bu pir-kompleksdə İmam Rzanın bacısı Rəhimə xanımın qəbri yerləşib. O, xəlifələr Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən peyğəmbər övladlarındandır. Məlumatlara görə, Rəhimə xanım Nardaranda Mirabdulla adlı şəxslə ailə həyatı qurub, bu nikahdan bir övladları dünyaya gəlib.

Rəhimə xanımın qəbri üzərində hələ ta qədimdən türbə mövcud olmuşdur. Türbənin üzərindəki kitabədə yazılıb: “Bu mübarək məscidin, Allahın evinin bina olunmasına hacıların seçilmişi, dövrün yeganəsi, böyük sədr Xacə Hacı Həmzə ibn Qutlu Mahmud Şahabadi – Allah onun müvəffəqiyyətini əbədi etsin – yeddi yüz altmış beşinci ildə əmr etmişdir” (Miladi: 1363-1364). Kitabədə adıçəkilən Xacə Hacı Həmzə Şirvanşahlar dövlətində baş sədr olub. Bu vəzifə dövlətdə şirvanşahdan sonra üçüncü şəxsiyyət hesab olunurdu.

Rəhimə xanım və onun ailə üzvlərinin qəbirləri üzərində tikilmiş məscid binası əsrlər boyu qum altında qalıb, yalnız 1950-ci ildə aşkar edilərək öyrənilib. İlk əvvəl tikili iki otaqdan ibarət olub. Düzbucaqlı plana malik birinci otaq məscidə aiddir. İkinci tağ tavanlı otaq isə türbə binasıdır. Türbənin başqa yerdən qapısı yoxdur. Buraya ancaq məsciddən açılan çatmatağlı qapıdan daxil olmaq mümkündür. Məscidin tağlı qapısı eşmə ilə, kiçik baş tağı isə sadə həndəsi naxışlarla haşiyələnib. Qapı üzərindəki iki parça əhəngdaşında kufi elementli süls xətti ilə kitabə həkk olunub.

1994-cü ildə Nardaran sakinlərinin vəsaiti hesabına qədim türbənin üzərində ikinci mərtəbə inşa edilib. Məscidin birinci mərtəbəsi ziyarətgah kimi saxlanılır. Məscidin iç sahəsi 30x17 metr, hündürlüyü 26 metrdir. Dörd minarənin hər birinin hündürlüyü isə 41 metrdir. Günbəzinin diametri 17, hündürlüyü isə 16 metrdir. Əsas ibadət zalı 2 günbəzə malikdir.

Abidənin adı: "Qazi Türbəsi"

Abidənin ünvanı: AZ1097, Bakı Şəhəri. Sabunçu rayonu, Nardaran qəsəbəsi, Tuti küçəsi

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar: 3223 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.343512

Y-koordinat: 49.591843

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1788-ci il

Abidənin istifadəsi: Nümayiş obyekti kimi İstifadə olunur

Abidəyə dair məlumatlar: Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində mövcud olan memarlıq abidələrindən biri də Qazi türbəsidir. Qəsəbənin Tuti küçəsində qərar tutan yerli əhəmiyyətli bu memarlıq abidəsi Nardaranın III tip dini binaları olan namazgahların yeganə nümunəsi hesab olunur.

Orta əsrlərdə Nardaran sakinlərinin örüş-otlaq sahələri olan bu ərazidə tərəkəmələrin dini ayinləri yerinə yetirməsi məqsədilə inşa olunmuş kiçik həcm-fəza tutumlu tikili bu yaşayış məntəqəsinin böyüməsi ilə eyni adlı məhəllənin formalaşmasına səbəb olub. Mərkəzi günbəzli kvadrat əsaslı (3,05 x 3 m) ibadətgah kiçik ölçüləri ilə dini tikililərdən fərqlənir. Maraqlı memarlıq kompozisiyası, əhatələndiyi "çılpaq" meydançada abidənin vizual qavranılmasını asanlaşdırır.

Namazgah 1788-ci ildə yerli sakinlərdən olan Həsən Nurdelani tərəfindən inşa olunub. Bu barədə türbənin giriş qapısı üzərində oturdulmuş epiqrafik kitabədə məlumat verilir. Ərəb dilli kitabə sadə fasadın yeganə dekorudur. İnteryer kompozisiyası kiçik mehrab və tağçalarla həllini tapıb. Çox da hündür olmayan günbəz divar konstruksiyaları ilə yaxşı əlaqələndirilib.

Abidənin adı: "Hamam (Ağa hamamı)"

Abidənin ünvanı: AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şeyx Əli Tuti küçəsi

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar: 3226 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.559319

Y-koordinat: 50.003643

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi: Nümayiş obyekti kimi İstifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Abşeronun yaşayış və ictimai tikililəri arasında, yaşayış məntəqələrinin planlaşmasında və abadlaşmasında hamamlar dini binalardan sonra daha aktiv rol oynayır. Onlar əhaliyə xidmət göstərən gigiyenik obyektlər olmaqla yanaşı, həm də çox funksiyalı təyinata malikdirlər. Abşeronda orta əsrlər dövründən başlayaraq çoxsaylı hamamlar tikilmişdir. Hamamların əsəs tikintisi kəndlərin iqtisadi cəhətdən gücləndiyi və əhalisinin artdığı XIX əsr və XX əsrin əvvəllərini əhatə edən dövrə təsadüf edir. Bu, əhalinin neft həyacanına cəlb edildiyi və iqtisadi imkanlarının, hamamların və digər ictimai binaların tikintisinə yönəldiyi, Abşeron kəndlərinin inkişafında mühüm dövrdür. Hamamlar məhz bu zamanlar kəndlərin planlaşmasında və abadlaşmasında öz parlaq ifadəsini tapmışdır. Nardaranda yerləşən Ağa hamamı XIX əsrdə eyni adlı məhəllə mərkəzində, Ağa məscidinin arxa hissəsində inşa edilmişdir.

Abidənin adı: "Karvansaray"

Abidənin ünvanı: AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrullah Əsgərov küçəsi

Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar: 137 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.559311

Y-koordinat: 50.007626

Abidənin tikinti tarixi:

Əsr: XVII əsr

Tikinti ili: 1660-1661-ci illər

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Abşeronda karvansara tikililəri əsasən XIV əsrdən etibarən yarımada üçün xarakterik müdafiə qəsrləri üslubunda lal divarlı, öz həcm-məkan tutumu ilə diqqəti cəlb edəcək miqyasda, ağ əhəngdaşıdan inşa olunub. Bu mülki tikililər yol kənarında inşa edilməklə iki yerə bölünür: böyük ticarət yolları üzərində (Səngəçal, Qaradağ), Abşeron kəndlərinin mərkəzlərində (Balaxanı, Nardaran).

Abşeron kəndləri üçün o qədər də xarakterik olmayan və yerli əhəmiyyətə malik karvansaralar içərisində Nardaran kəndindəki Hacı Baxşı karvansarası özünəməxsus yer tutur. Abidənin Azərbaycan Səfəvilər dövləti zamanında – II Şah Abbasın hakimiyyəti illərində tikildiyi onun üzərindəki kitabədən bəlli olur. Karvansara hicri qəməri təqvimi ilə 1071-ci ildə ( miladi 1660-61) illərdə kəndin cənub-şərq hissəsində, kənd sakinin evinin yaxınlığında inşa edilib.

Karvansaranın giriş qapısının yuxarısında sal daşın üzərində fars dilində, nəsx xətti ilə bu məzmunda kitabə yerləşdirilib: “Dinin himayəçisi, dövlət başcısı Şah Abbasın hakimiyyəti illərində. Düzgün inamla öz arzularının paklıq yolu ilə həyata keçirməyə səy göstərən Hacı Baxşı bu uğurlu binanın tikintisini hamıdan yüksək, qadir Allahın köməyi ilə başa çatdırmışdır. Hər bir layiqli kişinin işi dünyada ondan sonra nümunə kimi qalmalıdır...”.

Karvansaranın inşaatçısı Hacı Baxşı yerli tacirlərdən olub. Yəqin ki, bu tikili ilə öz adını əbədiləşdirmək istəyib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda ölkə əhəmiyyətli memarlıq abidəsi olan tikilinin aid olduğu dövr 1681-ci il qeyd olunsa da, mənbələr üzrə araşdırmalar onun 1660-1661-ci illərdə inşa edildiyini göstərir.

Abidənin adı: "Kiçik məscid"

Abidənin ünvanı: AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Asəf Zeynallı küçəsi

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar: 3224 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.556971

Y-koordinat: 50.006351

Abidənin tikinti tarixi:

Əsr: XVII əsr

Tikinti ili: 1686-1687-cı illər

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Bakı şəhəri Sabunçu rayonunun Nardaran kəndi Səfəvilər dövrünün yadigarları olan abidələrlə zəngindir. Kəndin Qum məhəlləsindəki Kiçik məscid də bu abidələrdən biridir.

1686-1687-ci illərdə məhəllə məscidi kimi inşa olunan abidə düzbucaqlı plan quruluşu və tağ tavan örtüyü ilə Abşeronun qədim dini tikililərinin memarlıq kompozisiya xüsusiyyətlərini özündə əks etdirir. Bu tipli məscidlər yarımadada XV əsrdən sonra geniş yayılıb.

Məscid binasının qərb divarında, giriş qapısının üstündə ərəb dilində epiqrafik kitabədə dörd sətirlik yazı diqqəti cəlb edir. Kitabədə deyilir: “Bu məscidin tikintisi Süleyman şah Sultanın oğlu qalibiyyətli və xoş hakimiyyətli Heydər əl-Səfəvi-əl-Musəvi titullu, Allah onun hakimiyyətini uzun etsin. Gilanlı Hacı Ramazan ben Həmzə bəyin göstərişi ilə inşa olunmuşdur. 1098 (1686-1687). Süleyman I Səfəvi”.

Məscidin Hacı Ramazan tərəfindən inşa edilməsi, onun “Hacı Ramazan məscidi” kimi də tanınmasına səbəb olub. Ümumiyyətlə, məktəb-məscidin tikinti texnikasının və bir sıra detallarının yüksək səviyyədə yerinə yetirilməsi Nardaranın XVII əsrdə Abşeronda artıq aparıcı tikinti mərkəzlərindən olduğunu bir daha sübut edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda yerli əhəmiyyətli bu memarlıq abidəsinin dövrü XVIII əsr kimi qeyd olunsa da, mənbələr üzrə araşdırmalar məscidin XVII yüzillikdə tikildiyini göstərir.

Abidənin adı: "Cümə məscidi (Ağa məscidi)"

Abidənin ünvanı: AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şeyx Əli Tuti küçəsi, döngə 3

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar: 3221 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.558991

Y-koordinat: 50.005004

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1899-1900-cu illər

Abidənin istifadəsi: Ilkin təyinatı üzrə istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində mövcud olan dini abidələrdən biri də Şeyx Əli Tuti küçəsi, döngə 3 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi Cümə məscididir.

Abidə eyni zamanda “Ağa məscidi” adı ilə də tanınır. Abidə məhəllə mərkəzinin XIX-XX əsrlərdə əsas şəhərsalma elementi olub.

Məscid 1899-1900-cü illərdə usta Bəyəli tərəfindən kiçik məhəllə meydanında özünəməxsus memarlıq kompozisiyası ilə inşa olunub. Dini tikili kəndin müdafiə qalasını mərkəzlə əlaqələndirən tranzit yolun üzərində yerləşməklə məscidin arxasında tikilmiş Ağa hamamını və meydanda olan, hazırda dağılmış dükanlarla məhəllə mərkəzini formalaşdırır.

Abidənin adı: "Hacı Baxşı məscidi"

Abidənin ünvanı: AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrullah Əsgərov küçəsi

Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar: 134 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.559405

Y-koordinat: 50.007626

Abidənin tikinti tarixi:

Əsr: XVII və XIX əsrlər

Tikinti ili: 1663 və 1868-ci illər

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Abşeronun qədim yaşayış məntəqələrindən olan Nardaran qəsəbəsi yarımadanın şimal-şərq hissəsində yerləşməklə Maştağa, Nardaran, Kürdəxanı, Pirşağı yaşayış məskənlərinin qruplaşma sisteminə daxildir. Dövrümüzə gəlib çatmış şəhərsalma quruluşu tarixi memarlıq irsinin timsalında üç mərhələdə formalaşıb. Haqqında bəhs edilən Hacı Baxşı məscidi ikinci mərhələyə aiddir.

Məscid Nardaran qəsəbəsinin qədim tarixi mərkəzində yerləşib və ətrafından keçən magistral yollara yaxın ərazidədir. Məscid II Şah Abbasın hakimiyyəti dövründə Baxşəli bin şeyx Müzəffərin göstərişi ilə memar və yüksək dərəcəli ustad adını almış Murad Əli tərəfindən XVII əsrdə tikilib.

Hacı Baxşı məscidində kvadrat formalı ibadət zalının davamı olaraq üstü açıq, damı örtüksüz bir məscid də inşa olunub. “İstisqa” namazı (yağış və bayram namazları) qılınan bu məscidin nəinki Abşeronda, hətta Azərbaycanda da analoquna rast gəlinmir. Bu tip məscidlərə yalnız ərəb ölkələrində rast gəlmək mümkündür. Məscidin giriş qapısının üstündə iki daş kitabə həkk edilib. Nəstəliq xətti ilə yazılmış birinci kitabədə deyilir: “Allahın izni ilə bu məscidi tikdi Kərbəlayı Murad rəhmətlik. Məşədi Qulam Əli Anardarani oğlu. Hamı üçün qanuni vəqf kimi və bu düzgün qərar idi. 1285 Ramazanın əvvəli (1285=16 XII.1868)”.

Kitabədəki qeydlərə əsasən, məscid sağ tərəfə genişləndirilib. İkinci kitabədə isə yazılıb: “Ya Əli 1285. Tikdi usta Səfər. Kərbəlayı Məhəmməd Qulu onu yazdı (yəni üzərindəki yazını). Kərim (1285 Hicri, 1868-69 Miladi)”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr 1663-cü il qeyd olunsa da, mənbələr üzrə araşdırmalar abidənin XVII və XIX əsrlərdə (1663 və 1868-ci illər) tikildiyini göstərir.

Abidənin bərpa layihəsi işlənib və tikilidə bərpa-istehsalat işləri aparılıb. Hazırda məscid dini icmalar tərəfindən yenidən təmir olunub və öz təyinatı üzrə fəaliyyət göstərir.