Qoruğun adı: “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Qoruğun ünvanı: AZ5700, Şəmkir rayonu, Qədimqala kəndinin şimalında
Qoruğun yaranma tarixi: Azərbaycan Respublikası Prezidentinin 22.10.19 tarixli, 1498 nömrəli Sərəncamı
Qoruğun ümumi sahəsi: 65,4 ha
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğa iş saatları: : Həftənin bütün günləri 9:00-dan 18:00-dək
Abidəyə dair tarixi məlumatlar: Qədim Şəmkir şəhər yeri Şəmkir rayonunun Qədimqala kəndinin şimalında, Şəmkirçayın sahilində yerləşir. Abidə V-VI əsrlərdən XIII əsrin 30-cu illərinədək Şəmkir şəhərinin mövcudluğunu sübut edir.
Yazılı mənbələrdən bəlli olur ki, hələ ərəb işğalları dövründə Şəmkir şəhəri mövcud idi. Böyük İpək Yolu üzərində yerləşən bu şəhər IX əsrin ikinci yarısı - X əsrdə inkişaf edərək məşhur sənətkarlıq və ticarət mərkəzinə çevrilib. XI-XII əsrlərdə isə Şəddadilər, daha sonra Azərbaycan Atabəyləri dövlətlərinin hərbi-siyasi, iqtisadi və mədəni həyatında layiqli mövqeyə malik olub. Şəhərin ardıcıl, yüksələn inkişafı monqol işğalı ilə dayandırılıb.
Şəhərin xarabalıqları planda dördbucağa yaxın formadadır. Abidə üç topoqrafik hissədən – narınqala (içqala), şəhristan (içərişəhər) və rabaddan (bayırşəhərdən) ibarətdir. Qala divarları ilə müdafiə olunan şəhristanın sahəsi 20 hektardan artıqdır. Şəhər sakinlərinin həyat fəaliyyətini əks etdirən mədəni təbəqənin qalınlığı içərişəhərdə 3 m, içqalada isə 5 metrdən çoxdur. Möhtəşəm qala divarları ilə qorunan narınqala şəhristanın şərqində, Şəmkirçayın sol sahilində yerləşir və 1 hektara yaxın sahəyə malikdir. Narınqala ərazisinin çox hissəsi arxeoloji qazıntılar nəticəsində açılaraq küçə şəbəkəsi, istehkam tikililəri, dövlət və ictimai binaları, məişət və təsərrüfat tikililəri, mühəndis qurğuları ilə birlikdə kompleks halda tədqiq olunub.
Vizual arxeoloji tədqiqatlar şəhər məhəllələrinin Şəmkirçayın sağ sahilini də əhatə etdiyini göstərir. Rabadın şəhristanın cənub divarından cənubdakı məhəllələrinin qalıqları üzərində müasir Qədimqala kəndi salınıb. İçərişəhərin qərb divarı istiqamətində arxeoloji tədqiqatlar nəticəsində Orta əsrlərə aid kəhriz xətti aşkarlanıb. Şimal istiqamətində, Şəmkirçayın yüksək sahilində yoxlama qazıntıları zamanı bu ərazidə XI-XII əsrlərə aid müsəlman qəbirləri aşkarlanıb.
Şəmkirçayın yatağında iki körpü qalıqları mövcuddur. Birinci körpü XI əsrə aiddir və böyük İpək Yolu ilə bağlıdır. Aran memarlıq məktəbinə xas çaydaşı, bişmiş kərpic və yerli ağ daşdan kombinə hörgü ilə inşa olunmuş həmin körpünün vaxtilə eni 4,5-6 m, hündürlüyü 10-12 m, uzunluğu isə 300 metrə yaxın olub. İkinci körpünün qalıqlarından görünür ki, o da daşdan inşa olunub və Son Orta əsrlərə aiddir.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisini əhatə edən “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
İş saatı: Həftənin bütün günləri 9:00-dan 18:00-dək
Abidənin adı: “Qədim Şəmkir Şəhəri”
Abidənin ünvanı: Şəmkir rayonu, Qədimqala kəndinin şimalında
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə
İnventar: 62 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.50703
Y-koordinat: 46.73436
Abidənin tikinti tarixi:
Əsr: Orta əsrlər
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Qədim Şəmkir şəhər yeri Şəmkir rayonunun Qədimqala kəndinin şimalında, Şəmkir çayın sahilində yerləşir. Abidə V-VI əsrlərdən XIII əsrin 30-cu illərinədək Şəmkir şəhərinin mövcudluğunu sənədləşdirir, Azərbaycanda müsəlman şəhərinin və şəhərsalma mədəniyyətinin təşəkkül tapması, inkişafı və səciyyəvi xüsusiyyətlərini izləməyə imkan verir.
Yazılı mənbələrdən bəlli olur ki, hələ ərəb fəthləri dövründə Şəmkir şəhəri mövcud idi. IX əsr tarixçisi Əhməd əl-Bəlazuri qeyd edir ki, Salman ibn Rəbiyyə əl-Bahili qədim şəhər hesab olunan Şəmkiri fəth etdi. Böyük İpək yolu üzərində yerləşən bu şəhər IX əsrin ikinci yarısı- X əsrdə yüksəliş keçirərək məşhur sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdi. XI-XII əsrlərdə Şəmkir çiçəklənmə çağını keçirmiş, Şəddadilər, daha sonra Azərbaycan Atabəyləri dövlətlərinin hərbi-siyasi, iqtisadi və mədəni həyatında layiqli mövqeyə malik olmuşdur. Şəhərin ardıcıl, yüksələn inkişafı monqol işğalı ilə dayandırılmışdır. Monqollar şəhəri zəbt etdikdən sonra onu amansızlıqla dağıtmış, əhalisini qılıncdan keçirmişdir.
Şəhər xarabalıqları planda dördbucağa yaxın formadadır. Abidə üç topoqrafik hissədən-narınqala (içqala), şəhristan (içərişəhər) və rabaddan (bayırşəhərdən) ibarətdir.Qala divarları ilə müdafiə olunan şəhristanın sahəsi 20 hektardan artıqdır. Şəhər sakinlərinin həyat fəaliyyətini əks etdirən mədəni təbəqənin qalınlığı şəhristanda 3 m, Narınqalada isə 5 metrdən artıqdır. Möhtəşəm qala divarları ilə qorunan Narınqala şəhristanın şərqində, Şəmkirçayın sol sahilində yerləşir və 1 hektara yaxın sahəyə malikdir. Narınqalanın 60 % ərazisi arxeoloji qazıntılar nəticəsində açılaraq küçə şəbəkəsi, istehkam tikililəri, dövlət və ictimai binaları, məişət və təsərrüfat tikililəri, mühəndis qurğuları ilə birlikdə kompleks halda tədqiq olunub.
Rabad şəhristanın divarlarından cənuba, şərqə və qərbə genişlənirdi. Vizual arxeoloji tədqiqatlar şəhər məhəllərinin Şəmkir çayın sağ sahilini də əhatə etdiyini göstərir. Rabadın şəhristanın cənub divarından cənubdakı məhəllələrinin qalıqları üzərində müasir Qədimqala kəndi salınıb. Şəhristanın qərb divarından qərbdə arxeoloji tədqiqatlar nəticəsində orta əsrlərə aid kəhriz xətti aşkarlanıb. Şəhristanın şimal divarından şimalda, Şəmkirçayın yüksək sahilində şəhər qəbiristanı yerləşirmiş. Yoxlama qazıntıları zamanı bu ərazidə XI-XII əsrlərə aid müsəlman qəbirləri aşkarlanıb.
Şəmkir çayın yatağında iki körpü qalıqlarından biri, görünür, XI əsrə aiddir və Böyük İpək Yolu ilə bağlıdır. Aran memarlıq məktəbinə xas çaydaşı, bişmiş kərpic və yerli ağ daşdan kombinə hörgü ilə inşa olunmuş həmin körpünün vaxtilə eni 4,5-6m, hündürlüyü 10-12 m, uzunluğu isə 300 metrə yaxın olmuşdur. İkinci körpünün qalıqları daşdan inşa olunub və son orta əsrlərə aiddir. Qalıqlar onun şəhristana deyil, ondan şimala, şəhər qəbiristanlığının yerləşdiyi səmtə istiqamətləndiyini düşünməyə əsas verir.