Qoruğun adı: Zaqatala Tarix-Mədəniyyət Qoruğu

Qoruğun ünvanı: AZ6212, Zaqatala şəhəri, Qala düzü, Sülh küçəsi 12

Qoruğun yaradılma tarixi: Azərbaycan SSR Nazirlər Sovetinin 24 yanvar 1984-cü il tarixli 22 saylı Qərarına əsasən Zaqatala Tarix – Mədəniyyət Qoruğu elan olunmuşdur.

Qoruğun ümumi sahəsi: 11.5 hektar

Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Qoruğun iş saatları: 09:00-18:00

Facebook.com səhifəsi: https://www.facebook.com/zaqat...

Qoruğa dair tarixi məlumatlar: Zaqatala Azərbaycanın Şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında Qanıx – Əyriçay vadisində yerləşir. Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general feld-marşal Paskeviçin əmri ilə tikilmişdir. Qalanın tikilməsi üçün əlverişli olan yer Paskeviç tərəfindən seçilmiş və burada yaşayan əhali başqa yerə köçürülmüşdür. Çar hökuməti tərəfdən onlara qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamaq və Dağıstanı cənubdan daima nəzarətdə saxlamaq məqsədilə bu Qala tikilmişdir.

Artıq 1830-cu il böyük qüvvələr qarşısında tab gətirə bilən Zaqatala qalasının divarlarının tikintisinə başlanıldı .

Üçbucaq şəklində olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir. Mühafizə məqsədi ilə hasarın çöl tərəfindən eni 10 metr dərinliyi 5 metr olan xəndək qazılmışdır. Qalanın sahəsi 11,5 hektardır, divarların uzunluğu 3000 metr, hündürlüyü 3-5 metrdir. Qalanın 3 böyük qapısı var. Qalada 12 ədəd abidə yerli əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına götürülmüşdür.

Qalada daimi olaraq 2500 əsgər, bəzən isə vəziyyət hərbi xarakter aldığı zaman Zaqatala qalasında 8-10 minə qədər əsgər yerləşdirilmişdir

Zaqatala qalası XIX əvvəllərində tikilsə də köhnə sistemli qaladır. Qalanın şimal- qərb bürcü müşahidə bürcü olmuşdur. Bürc iki mərtəbəli olub üstünə çıxmaq üçün torpaq yol salınmışdır. Onun altında və divar boyu içəri tərəfdən dustaqları saxlamaq üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir.

Qala XIX əsr tikilisi olmasına baxmayaraq orta əsr qalalarında olduğu kimi mühasirədən çıxmaq üçün qalanın altından yeraltı iki yol çəkilmişdir. Yeraltı yollar qalanın altı ilə iki istiqamətdə uzanır.

Müxtəlif vaxtlarda böyük hərbi qüvvələr qalanı mühasirədə saxlasalarda onu ələ keçirə bilməmişlər. 1830-cu il Zaqatala üsyanına kömək məqsədi ilə Dağıstanın imamı Həmzət bəy 2000 nəfərlik qoşunla qala üzərinə hücuma keçdi. Məğlubiyyətə uğrayan çar qoşunları hələ tikintisi tam başa çatmayan qala divarları arxasında müdafiəyə çəkilərək kömək üçün yeni qüvvələr gözlədilər. Qalanı hücumla ala bilməyəcəyini yəqin edən Həmzət bəy onu mühasirədə saxlamalı olur. Ancaq tezliklə 4500 nəfərlik rus qoşunu mühasirədə qalanların köməyinə gəldi. Böyük qüvvə üstünlüyünə malik olan rus qoşunları üsyanı amansızcasına yatırdılar.

Müstəqillik elan olunduqdan sonra Daxili qoşunların N saylı hərbi hissəsi qalada yerləşirdi. Hal-hazırda Zaqatala Dövlət Rəsm qalereyası qalada yerləşir. Zaqatala qalasında “Yenilməz batalyon” və “ Cavad xan” filmləri çəkilib.

İş saatı: 09:00-18:00

Abidənin adı: “Müşahidə bürcü”

Abidənin ünvanı: AZ6204, Zaqatala şəhəri, Sülh küçəsi 12

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar: 5278, 5279, 5280 və 5217 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.638352

Y-koordinat: 46.648917

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1830-cu il

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Bürc qalanın şimal-qərb hissəsində yerləşir. Bürc iki mərtəbəli olub üstünə çıxmaq üçün torpaq yol salınmışdır. Bürcün hündürlüyü 5 metrdir. Müşahidə bürcündən əsasən düşməni nəzarətdə saxlamaqdan ötrü istifadə olunmuşdur. Bürcdə artilleriya topu yerləşdirməkdən ötrü xüsusi yer qoyulmuşdur. Həm də divarlarında mazğalların olması, əsgərlərin sərbəst atışı üçün imkan yaradırdı. Bürc vasitəsilə dağ kəndləri nəzarətdə saxlanılır, Tiflis yolu aydın görünürdü. Bürcün nəqliyyat qapısının yanında olması qapıdan daxil olan hissələrin təhlükəsiz hərəkətini təmin edirdi.

Potyomkinçilərin həbs kamerası müşahidə bürcünün I mərtəbəsində yerləşirdi. Divar boyu içəri tərəfdən dustaqları saxlamaq üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir. Divarda asılan zəncirlər əsgərlərə işgəncə verməkdən ötrü nəzərdə tutulmuşdur. Divarların hündürlüyü kameraların içərisində nəmişli hava şəraiti yaradırdı. Kamerada əsasən nizam-intizama tabe olmayan əsgərlər saxlanılırdı. Kamerada “Potyomkin” üsyançıları da saxlanmışdılar. Üsyanın rəhbərlərindən biri olan Demeşko ağır işgəncələrə və dözülməz şəraitə tab gətirməyərək, qarnizon rəisi Dobrovolskini qətlə yetirmişdir. Ölüm hökmü çıxarılana qədər Demeşko bu kamerada saxlanılmışdır.

Abidənin adı: “Qala divarları”

Abidənin ünvanı: AZ6204, Zaqatala şəhəri, Sülh küçəsi 12

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq əhəmiyyəti

İnventar: 5218 və 5217 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.638230

Y-koordinat: 46.649460

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1830-cu il

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Zaqatala Qalasını əhatə edən qala divarlarının uzunluğu 3000 metrə yaxındır, hündürlüyü 3-5 metrdir. Qalanın 3 böyük qapısı var.

Üçbucaq şəklində olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir. Mühafizə məqsədilə hasarın çöl tərəfindən eni 10 metr dərinliyi 5 metr olan xəndək qazılmışdır. Əsasən çay daşından tikilmişdir. Divarların üzərində 1800-ə yaxın mazğal yerləşir. Divarların bərkliyini təmin etməkdən ötrü divarlar arkalar vasitəsilə möhkəmləndirilmişdir.

Abidənin adı: “Rus kilsəsi”

Abidənin ünvanı: AZ6204, Zaqatala şəhəri, Sülh küçəsi 12

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar: 5210 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.636648

Y-koordinat: 46.652229

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1830-cu il

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Rus kilsəsinin tikintisi 1830-cu illəri əhatə edir. Kilsə şəhərin mərkəzi hissəsində yerləşir. Dövrünə əsasən kilsə şəhərdə yerləşən xristian əhalinin ibadət etməsi üçün nəzərdə tutulmuşdur. Tikiliş quruluşuna görə Erkən Bizans dövrünün arxitekturası ilə həmahənglik təşkil edir. Kilsə bölgədə xristianlığın dayaq nöqtəsi kimi istifadə olunmuşdur.

Abidənin adı: “Barıt Anbarı”

Abidənin ünvanı: AZ6204, Zaqatala şəhəri, Sülh küçəsi 12

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar: 5273 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.636260

Y-koordinat: 46.647604

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1830-cu il

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Barıt anbarı barıtın saxlanması üçündür. Anbarın ətrafında istinad divarı mövcud olmuşdur. Bu da anbarın təhlükəsizliyini artırır. Anbar əsasən top bürclərinin yaxınında tikilmişdir. Gətirilən barıt burada mərmilərə doldurulur, top bürclərində qoyulan toplara yerləşdirilirdi. Barıt anbarları güclü mühafizə edilir, daim nəzarətdə saxlanılırdı. Anbara yalnız bir yerdən daxil olmaq mümkün olurdu.

Abidənin adı: “Əsgər hamamı”

Abidənin ünvanı: AZ6204, Zaqatala şəhəri, Sülh küçəsi 12

Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar: 5271 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.637393

Y-koordinat: 46.650885

Abidənin tikinti tarixi:

Əsr: XIX ƏSR

Tikinti ili: 1830-cu il

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Əsgər hamamı şəhərciyin kommunal sisteminin əsasını təşkil edirdi. Hamam binası qədim rus ruhunda tikilmişdir. Adından göründüyü kimi binada əsgərlərin təmizliyinə xüsusi diqqət yetirilirdi. Bu da əsgərlər arasında tif, yatalaq və digər infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasda xüsusi əhəmiyyət daşıyırdı. Hamamdan hətta yuxarı rütbəli zabit ailələri də istifadə edirdilər. Binada yığılan çirkli su xüsusi qanovlar vasitəsilə kənara axıdılırdı.