Pir Mərdəkan
Abidənin adı: | “Pir Mərdəkan xanəgahı” |
Abidənin ünvanı: | AZ5615, Şamaxı rayonu, Göylər kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli arxeoloji abidə |
İnventar: | 1705 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.490365 Y-koordinat: 48.683704 |
Abidənin tikinti tarixi: | Əsr: XII əs Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Abidələr yurdu Şamaxının tarixi-mədəni baxımdan zənginliyi onun qədim dövrlərdən Azərbaycan dövlətçiliyinin, siyasi proseslərin mərkəzində olması ilə əlaqədardır. Bu yurdun qədim abidələrindən biri də Şamaxı şəhərindən 16-17 km cənub-şərqdə, hazırkı Göylər kəndinin ərazisində yerləşən Pir Mərdəkan xanəgahıdır. Abidə kompleksi XIII-XIV əsrlərin yadigarıdır.
Ölkə əhəmiyyətli arxeoloji abidә hәlә XVII әsrdәn bir sıra alim vә sәyyahların, o cümlәdәn alman sәyyahı A. Olearinin diqqәtini cәlb edib. Sәyyahların qeydlәrindәn görünür ki, memarlıq kompleksi vaxtilә ticarәt yolu üstündә düşәrgә rolunu oynayıb.
Kompleksin tikililәrindәn ancaq türbә binası salamat qalıb. Onun әtrafında hücrә, mәscid, karvansara vә ictimai binaların bünövrәlәrinin aşkar olunduğunu vә әtrafda böyük qәbiristanlıq nәzәrә alınaraq tikili xanәgah tipli abidәlәr kompleksi sırasına daxil edilib.
Türbәnin içәrisindәki iki kitabәdə abidә haqqında məlumat verilir. İçәridә mәzar üzәrindә qoyulmuş başdaşı әhәngdaşıdan, yuxarıdan çatma tağlı formasında düzәldilib. Abidәnin üz tәrәfindә әrәbcә kufi elementli süls xәtti ilә yazılmış kitabәdә deyilir: "Rәhimli vә mәrhәmәtli Allahın adıyla. Bu qәbir Şeyx, imam, әn böyük alim, mömin Tair Tac әl-Hüda Mәdәkani ibn Әlinindir. Allah ona rәhmәt elәsin".
Epitafiyanın tarixi yoxdur. Lakin türbәdә olan ikinci kitabәyә әsasәn, onun tarixini dәqiqlәşdirmәk mümkündür. Qapıdan girәn yerdә sol divara həkk olunmuş kitabәnin kiçik bir hissәsi salamat qalıb. Burada yazılıb: "...Ən böyük padşah, xaqan ...Fәrruxzad ibn fazil әl-müvәhhid Mənuçәhr...". Mütəxəssislər burada adıçәkilәn şəxsin şirvanşah III Mәnuçöhrün oğlu I Fәrruxzad olduğunu irəli sürürlər.
Zaman keçdikcә şeyxin vә türbәnin adı tәhrif olunub, başdaşı sement vә gil mәhlulu ilә suvanıb, nəticədə oxunmamış "Mәdәkani" sözü "Mәrdәkan" şәklinә düşüb. Mәdәk Cәnubi Azәrbaycanda yer adıdır. "Ani" şәkilçisi isә alimin Mәdәkdәn olduğunu göstәrir.
Türbә әtrafında başqa alimlәr dә dәfn olunublar: Şeyx Tahir ibn Mәhәmmәd, Tacәddin ibn Rüknәddin vә s. Tac әl-Hüdanın imam vәzifәsi bir daha onun xanәgah şeyxi olduğunu bildirir. Lakin digər bir mənbəyə görə, Şirvanşah I İbrahimin də qəbrinin burada olması ehtimal olunur.