Məbəd Qax

Abidənin adı:

"Məbəd"

Abidənin ünvanı:

AZ3423, Qax rayonu, Qum kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

286 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.458446

Y-koordinat: 46.911864

Abidənin tikinti tarixi:

Əsr: V-VI əsrlər

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Məlum olduğu kimi, Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətçiliyinin əsas mərhələlərindən birini təşkil edir. Bu dövlətin fəaliyyəti dövründə cəmiyyət həyatının müxtəlif sahələrində böyük inkişaf olub və zəmanəmizə çox zəngin tarixi-mədəni miras qalıb.

Qax rayonunun Qum kəndindəki məbəd də Qafqaz Albaniyasının yadigarlarındandır. Qum bazilikası dəfələrlə elmi və təcrübi axtarışların və tədqiqatların mərkəzində olub. Abidə ilk dəfə rus alimi P. Baranovski tərəfindən tədqiq olunub və onun “Qum və Ləkit kəndlərinin abidələri” məqaləsində təsvir edilib. Alim yazırdı: Əsrlər boyu nəzarətsiz qalan abidənin vəziyyəti təhlükəlidir. Məhlulun valehedici möhkəmliyinə baxmayaraq bina indi də atmosfer təsiri nəticəsində dağılmaqdadır. Tağ-tavanlar və kərpicdən olan sütunlar – hansılar ki abidənin ən tez sınan və qiymətli hissəsidir – xüsusi diqqət tələb edirlər”.

Qum məbədinin bazilika tipli abidələrə, xüsusilə də şimal-şərq Qafqaz abidələri üçün xas olan bəsit monumental memarlığı, qalereyanın olması, planın aydınlığı və mükəmməlliyi, yerli tikinti materiallarının səmərəli istifadəsi, Qafqazda V və VI əsrlərdə ucaldılmış ən erkən abidələrlə olan əlaqəsi və oxşarlığı – bütün bunlar Qum bazilikasının V-VI əsrdə inşa olunduğunu deməyə əsas verir. Mütəxəssislər bu göstəricilərinə əsasən tikilini Azərbaycanın ən dəyərli memarlıq abidələri sırasına daxil edirlər.

Xalq memarlığının erkən dövrünə xas elementləri daşıyan və ölkə əhəmiyyətli memarlıq abidəsi olan Qum məbədi bazilika tipli abidələr sırasında Şərq memarlığının ən inkişaf etmiş və qabaqcıl nümunələrindən biridir.