Ənik Qalası
Abidənin adı: | “Qala divarlarının qalıqları” |
Abidənin ünvanı: | AZ3816, Qusar rayonu, Əniq kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli arxeoloji abidə |
İnventar: | 303 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X- Koordiant: 41.20162 Y- Koordiant: 48.13234 |
Abidənin tikinti tarixi: | Əsr: XIII əsr |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qusar rayonu ərazisində Orta əsrlərə aid tarix yadigarlarından biri də Əniq kəndindəki ölkə əhəmiyyətli arxeoloji abidə – qala divarlarıdır.
Əniq kəndi rayon mərkəzindən 27 kilometr məsafədə, cənub-qərbdə, Qusarçayın sağ sahilində yerləşir. Şahdağın ətəklərində yerləşən bu strateji əhəmiyyətli kənddə ərəb işğalından qorumaq üçün qala inşa edilib. Dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən, Salavat aşırımının arxasından, Qusarçayın sağ sahilindən boylanan Əniq qalası, həmçinin Ənih, Eniğ, Anıx da adlandırılır.
Əniq qalası vaxtilə indiki kəndin cənubunda olub. Süni istehkamların qoşa darvazası da burada yerləşib. Çay daşlarından tikilən divarların yalnız iki hissəsi qalıb. Onların hündürlüyü 9,3 m, eni 2 m, darvazanın yanında divarların eni 5,8 metrdir. Qala ərazisində IX-XIV əsrlərə aid şirli qab qalıqları da aşkar olunub.
Əniq qalasının IX əsrdən mövcud olması ehtimal edilir. Qədim Şabranla Dərbənd arasında mövcud olan qala dəniz səviyyəsindən ən hündürdə, müşahidə məqsədilə tikilib.
Ehtimala görə, qalanın iki darvazası olub. Buradan çıxan gizli yeraltı yol və su kəməri mövcud da varmış. Qalanın adı Enix adlı yerli hökümdarın adından götürüldüyü ehtimal olunur.
Gürcü dilində yazılmış "Xronoqrafi" kitabındakı (XIV) məlumatlara əsasən, IX əsrdən mövcud olan Əniq qalasının 1288-ci ildə dağıdıldığı təxmin edilir.