Qazaxlar məscidi

Abidənin adı:

Qazaxlar məscidi”

Abidənin ünvanı:

AZ2000, Gəncə şəhəri, Təbriz küçəsi 271

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

3990 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.401496

Y-koordinat: 46.213565

Abidənin tarixi:

Əsr: XlX əsr
Tikinti ili: 1880-ci il

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur

Tarixi məlumat: Qədim tarix yadigarları ilə zəngin olan Gəncə şəhərinin yaşı əsrlərlə ölçülən dini abidələrindən biri də Qazaxlar məscididir. Qazax rayonundan buraya köçüb gəlmiş tayfa tədricən məhəllələrini yaradıb və özlərinə məscid inşa ediblər.

Bina 1880-cı ildə Cümə məscidinin planı əsasında tikilib. Məscidin hansı sənətkar tərəfindən inşa edildiyi məlum deyil. Binanın bünövrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı, bişmiş, qırmızı kərpic və gil məhluldan hörülüb. Cümə məscidində olduğu kimi, Qazaxlar məscidində də üç giriş qapısı var. Divarın dərinliyi 12-20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpicdən hörülüb. Binanın 13 taxta pəncərəsi, bir pilləkəni var.

1920-ci ildə Rusiya tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyulandan sonra bir çox dini məkanlar kimi Gəncədəki Qazaxlar məscidindən də təyinatı üzrə istifadə edilməsi uzun müddət qadağan olunub. Biradan anbar, məktəb və s. məqsədlər üçün istifadə edilib.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yerli əhəmiyyətli memarlıq abidəsi olan Qazaxlar məscidi dindarların istifadəsinə verilib.