Dairəvi Qala


Abidənin adı:

“Dairəvi Qala (Zindan)”

Abidənin ünvanı:

AZ 4200, Lənkəran şəhəri,

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4810 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 48.512427

Y-koordinat: 38.45300

Abidənin tarixi:

Əsr: XVIII əsr

Tikinti ili: 1747-1786-cı illər

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Lənkəran şəhərindəki Dairəvi qala Nadir şah Əfşarın yadigarlarındandır. 1747-1786-cı illərdə Nadir şahın göstərişi ilə avropalı mühəndislər və Təbrizdən gətirilən ustalar tərəfindən inşa edilib.

Lənkəran qalasında yerləşən Dairəvi qala "Cənub bürcü" kimi dayaq məntəqəsi rolunu oynayıb. Eyni layihə əsasında tikilmiş digər müdafiə məntəqəsi Lənkəran qalasının şimalında mayak ("Şimal bürcü") kimi fəaliyyət göstərib. Dairəvi qaladan ("Cənub bürcü") mayaka ("Şimal bürcü") diametri 4 metr olan gizli yeraltı tunel çəkilib.

Qala 1869-cu ilə kimi baş verən müharibələrdə mühüm müdafiə, dayaq məntəqəsi olub. 1869-cu ildən 1970-ci ilədək Dairəvi qala həbsxana kimi istifadə edilib. Buna görə də el arasında Dairəvi qala – “Zindan qala” kimi də tanınır.

Tarixçilərin bildirdiyinə görə bu zindanda dövrün tanınmış şəxsiyyətləri, sovet hakimiyyətinə qarşı çıxan inqilabçılar məhbus kimi saxlanılırmış. Keçmiş SSRİ-nin rəhbərlərindən İosif Stalin 1903-1904-cü illərdə poçt qatarının qarətinə görə tutulduqdan sonra bir müddət burada saxlanılıb. Dairəvi qalada 1970-1990-cı illərdə tikiş fabriki fəaliyyət göstərib.

Abidə üç mərtəbədən ibarətdir. Tiklinin hündürlüyü 20 metr, diametri 72 metr, divarının qalınlığı aşağıda 2,8 metr, yuxarıda 1,5 metrdir. Qalanın divarları və döşəməsi qırmızı kərpicdən hörülüb. Dam örtüyü isə kirəmitdəndir.

2006-cı ildə yerli əhəmiyyətli memarlıq abidəsi olan qalada təmir-bərpa işləri aparılıb.