Lüteran Kilsəsi
Abidənin adı: | “Lüteran kilsəsi” |
Abidənin ünvanı: | AZ5700, Şəmkir şəhəri, Ü. Hacıbəyov küçəsi, 57 |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4999 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat 40.833758 Y-koordinat 46.023349 |
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1909-cu il |
Abidənin istifadəsi: | Mədəni maarif müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Şəmkir rayonundakı Lüteran kilsəsinin, ümumiyyətlə, Azərbaycanda alman izlərinin maraqlı tarixi var. 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvabii bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə alman ailəsi imperiyanın ərazisinə köçürülüb. İlk növbәdә 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Beləliklə, Azərbaycanda ilk alman koloniyası – Yelenendorfun (indiki Göygöl şəhəri) bünövrəsi qoyulur. Eyni vaxtda ondan 40 km aralıda köçkünlər ikinci alman koloniyasını – Annenfeldi (indiki Şəmkir şəhəri) yaradırlar. Artıq 1919-cu ildə Azərbaycan әrazisindә 8 alman koloniyası mövcud idi.
Kolonistlər ev, malikanələr tikməkdə ustalıq göstərir və әmәk sərf edirdilər. Küçələr boyunca taxta döşəməli, holland sobalı, şüşəbəndli və geniş zirzəmili, әn azı iki-üç otağı, hәyәtindә yardımçı tikililəri olan mülki evlər yan-yana düzülürdü. Qırmızı kirəmit və ya dəmirlə örtülmüş evlər öz memarlıq simasında qotik üslubun әlamәtlәrini daşıyırdı.
Qotik üslub Yelenendorf və Annenfeld kirxalarının inşasında özünü daha qabarıq göstərirdi. Təbii ki, kolonistlərin bәr-bәzәksiz lüteran kilsələri tərk olunmuş vәtәnin "alovlu qotika üslubu"nun dәbdәbәli mәbәdlәrinin təkrarı deyildi. Yerli əhalinin başqa dinə mənsub adamlara dözümlü münasibəti və ehtiramı da buna xeyli kömək edirdi. Cavanlar isə əcdadlarını mühacirətə getməyə vadar etmiş dini çәkişmәlәr barəsində ancaq qocaların söhbәtlәrindәn öyrənirdilər.
Birinci Dünya müharibəsi (1914-1918) Rusiya və Almaniyanı döyüş meydanlarında üzləşdirdi. Alman kolonistləri çarın fərmanı ilə Sibirə sürgün olunmağa başlandı.
Alman kolonistləri Azərbaycanda memarlıq-inşaat sahəsinin inkişafına müəyyən töhfələr veriblər. Hacıkəndin planlaşdırılmasında, Şәmkirdә məşhur istirahət parkının salınmasında almanların mühüm rolu olub.
Şəmkirdəki Lüteran kilsəsi 1909-cu ildə almanlar tәrәfindәn inşa edilib. Layihənin müəllifi memar Lemkul idi. İkinci Dünya müharibəsi (1939-1945) zamanı – 1941-ci ildə yenidən Zaqafqaziyadakı almanlar Sibirə sürgün ediliblər. Bununla da kilsə təyinatına uyğun fәaliyyәtini dayandırıb. Sonralar həmin kilsə Mәdәniyyәt evi və Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.
Uzun müddət abidədə təmir-bərpa aparılmadığından qəzalı vәziyyәtә düşmüşdü. 2013-cü ildə Almaniya dövlətinin maliyyə yardımı ilə Şəmkirdəki Lüteran kilsəsi bərpa olunub.