Körpü
Abidənin adı: | “Körpü ” |
Abidənin ünvanı: | AZ3717, Qax rayonu, İlisu kəndi, Qax-İlisu yolunda |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4552 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.273056 Y-koordinat: 47.012196 |
Abidənin tarixi: | Əsr: XVII əsr
Tikinti ili: Naməlum |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də Ulu körpüdür. “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan körpü İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb.
Tarixi mənbələrə əsasən körpünün inşasını təxminən XVII-XVIII əsrlərə aid etmək olar. Yəqin ki, körpü İlisu kəndi sultanlığın mərkəzinə çevrildikdən sonra tikilib. Körpünün tikintisində çay daşından, əhəng məhlulundan və əsasən bişmiş kərpicdən istifadə olunub. Kənd ağsaqqallarının dediklərinə görə, körpü xalq sənətkarı usta Ömər tərəfindən tikilib.
Körpünün yan divarları daşdandır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izlərini görmək mümkündür. Kərpic tağbəndin üzərində kəsmə çaylaq daşından səliqə ilə hörülmüş divarın qalıqları nəzərə çarpır. Görünür, həmin hissə ilkin dövrə aiddir.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan Ulu körpü ilə əlaqədar bir tarixi fakt xüsusilə maraqlıdır. 1884-cü ildə rus qoşunlarının İlisuya hücumu zamanı sonuncu İlisu hakimi Daniyal sultan Ulu körpünü dağıtmaq fikrindən vaz keçib. Körpünün dağıdılması rus qoşunlarının uğursuzluğuna gətirib çıxara bilərdi. Daniyal sultanın həmin qərarını indi də qiymətləndirmək çətindir. Lakin bir şey məlumdur ki, onun həmin qərarı olsaydı, körpü uçurular, kənd əhli və sonrakı nəsillər çətinə düşərdilər.