Məscid
Abidənin adı: | "Məscid və minarə" |
Abidənin ünvanı: | AZ6231, Zaqatala rayonu, Mosul kəndinin mərkəzində |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 5227 və 5240 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.442727 Y-koordinat: 46.575359
|
Abidənin tikinti tarixi: | Əsr: XIX əsr Tikinti ili: 1837-ci il
|
Abidənin istifadəsi: | Ilkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Zaqatala müxtəlif azsaylı xalqların kompakt yaşadığı, əsrarəngiz təbiətə malik bölgələrimizdəndir. Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, Alazan-Əyriçay vadisində yerləşən Zaqatala rayonu tarixi abidələrlə də zəngindir. Rayonun Mosul kəndindəki məscid və minarə də memarlığı ilə diqqətçəkən abidələrdəndir.
XVII-XIX əsrlərdə Azərbaycanda inşası geniş vüsət almış dini memarlıq abidələri bu ərazidə islam dəyərlərinə daha geniş üfüqlər açdığını göstərir. Kəndlərdə imkanlı insanların maliyyə yardımı və əhalinin köməyi ilə məscidlər və mədrəsələr tikilirdi. Belə məscidlərdən biri də Mosul kəndinin mərkəzində yerləşən Cümə məscididir. Digər məhəllə məscidləri sovet dövründə baxımsızlıqdan uçularaq sıradan çıxıb. 1837-ci ildə inşa olunan məscidin şimal fasadında daş üzərindəki kitabədə ərəb dilində belə bir qeyd var: "Mosul azad camaatlığı müqəddəs və hər şeyə qadir Allahın adı ilə bu məscidi tikdirdi. Onların hərəkəti ilə hətta uşaqlar da arı kimi işləməyə başladılar. Ey böyük Allah! Bizim əməyimizi xeyirxah bir əməl kimi qəbul et. Günahkar bəndələrini bağışla, kimlər bu məscidi tikdirmiş və bünövrəsinə daş qoymuşdursa, Allah onlara kömək olsun. Bu məscidə ibadət üçün girən insanların günahlarını bağışla. Amin!". Kitabədə yazılanlardan aydın olur ki, məscid Abdurrahman Bədəvi və Hüseyn Məhəmməd Çardaxlı adlı ustalar tərəfindən inşa edilib.
Kitabədəki qeydlər qəbirüstü daşlarda yazılan formada işlənib ki, bu da Zaqatala və Şəki zonası üçün xarakterdir. Eyni zamanda sol kənarda yuxarıdan aşağı bu sözlər yazılıb: "Bunları iki dəfə həcc ziyarətində olmuş Hacı Həsən Dəlali yazdı. 1836/37 il". Yazının sağ və sol tərəflərində yağlı boya ilə işlənmiş at, dəvə və xəncər təsvirləri çəkilib. İkinci yazı məscidin cənub fasadında pəncərə aşırımının üstündədir. Hazırda şimal fasadındakı daş kitabə zəlzələ nəticəsində qopub və məscidin ibadət zalında saxlanılır. Minarə də məscidlə eyni vaxtda inşa edilib. İkinci yazı cənub fasadında pəncərə açırımının üstündədir. Hal-hazırda şimal fasadındakı daş kitabə baş vermiş zəlzələdən sonra qopduğundan məscidin ibadət zalında saxlanılır.
Minarə məscidlə eyni vaxtda tikilmişdir.