MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ DÖVLƏT QULLUĞUNA QƏBUL
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində inzibati vəzifələrin tutulması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Nazirlikdə vakant inzibati vəzifənin tutulması üçün qanuna uyğun olaraq müsabiqə və ya müsahibə elan olunur. Müsabiqə və müsahibələrin keçirilməsi qaydası dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilmişdir.