“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun bərpası haqqında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2009-cu il tarixli sərəncamının icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2010-cu il tarixli sərəncamına uyğun olaraq “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda bərpa və yenidənqurma işləri görülüb.
2012-ci ilin sentyabrından başlayaraq məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilib. Qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib, sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub.
Həyata keçirilən layihəyə uyğun olaraq bərpa və yenidənqurma işləri 2013-cü ilin mart ayında yekunlaşıb.
29 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilib.