Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yenidən qurulması və əsaslı təmiri
Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2007-ci il tarixli 1964 nömrəli “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2008-ci il tarixli 445 nömrəli sərəncamına əsasən layihə-simeta sənədləri hazırlanıb.
27 sentyabr 2008-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsaslı təmir işlərinə başlanılıb. Aparılan yenidənqurma işləri 2010-cu ilin avqust ayında başa çatıb.
7 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təntənəli açılış mərasimi keçirilib.