Lənkəran şəhər Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmir işləri
1913-cü ildə Lənkəran xanı Mir Əhməd xan tərəfindən yaşayış evi kimi inşa edilmiş, hazırda Lənkəran Tarix-Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən binada əsaslı təmir və bərpa işləri 2012-ci ildə başlanılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılaraq 2014-cü ilin aprel ayında başa çatdırılıb.
Həyata keçirilən təmir-bərpa işləri nəticəsində binanın daxili və xarici ilkin görkəmində bərpa olunub. Binanın fasadında və daxilində olan memarlıq bəzək elementləri, qapı və pəncərələri, tavan və döşəmələri əsaslı təmir edilib. Binada havalandırma, işıqlandırma, isitmə və soyutma sistemləri, dam örtüyünün bərpası, eləcə də müvafiq avadanlıqlarla təchiz edilməsi, muzeyin fəaliyyəti üçün ekspozisiya və sərgi salonları yenidən qurulub.
2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə muzeyin açılışı olub.