Salyan şəhərindəki Cümə məscidinin təmir-bərpa olunması
Yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunan Salyan şəhərindəki Cümə məscidi 1865-ci ildə inşa olunub. 2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının və digər xarici təsirlər nəticəsində məscid yararsız hala düşmüşdü.
2010-cu ilin fevralından məsciddə təmir-bərpa işlərinə başlanılıb, aparılan bərpa işləri 2012-ci ildə başa çatdırılıb. Hazırda məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir. Məsciddə ibadət üçün hər cür şərait yaradılıb. Yeraltı sulardan mühafizə məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılıb.
14 mart 2012-ci il tarixində Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində əsaslı təmir və bərpa olunmuş Cümə məscidi ilə tanış olub. Dövlət başçısına məscidin ərazisində aparılan abadlıq və yenidənqurma işləri haqqında məlumat verilib.