16.01.2020

Beynəlxalq tədbir iştirakçıları Qobustan qoruğunda olublar

Beynəlxalq tədbir iştirakçıları Qobustan qoruğunda olublar

Oktyabrın 23-də AMEA-nın Zoologiya İnstitutu, Rusiyanın Çelyabinsk Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun əməkdaşları "Heyvanların tarixi və populyasiya ekologiyasının tədqiqinin müasir metodları"adlı beynəlxalq elmi-praktik seminar çərçivəsində Qobustan Milli Tarixi-Bədii Qoruğunda olublar. Qobustan ərazisində arxeoloji tədqiqatlar zamanı əldə edilən osteoloji nümunələrin Qobustanın faunasının öyrənilməsi baxımından qiymətli mənbə olduğunu bildirən qoruğun direktoru Vüqar İsayev qonaqları osteoloji materiallardan təşkil olunmuş sərgiyə baxmağa dəvət edib. Sərgi seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonra rusiyalı alimlər Qobustan Milli Tarixi-Bədii Qoruğunun ərazisi ilə yaxından tanış olub, paleontoloji qalıqlar ətrafında elmi müzakirələr aparıblar.