16.01.2020

​ Qazaxıstanın xarici işlər nazirinin müavini Qobustan qoruğunda olub

Qazaxıstanın xarici işlər nazirinin müavini Qobustan qoruğunda olub

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini, Qazaxıstan Respublikasının UNESKO və İSESKO üzrə Milli Komitəsinin üzvü Erjan Aşikbayev oktyabrın 24-də Qobustan Milli Tarix- Bədii Qoruğunu ziyarət edib. Qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeyin ekspozisiyasında qədim əcdadlarımızın Daş dövründən Son Orta əsrlərə qədər həyat və dünyagörüşünü əks etdirən çoxsaylı maddi mədəniyyət nümunləri ilə tanış olub. Sonra qonaq qoruq ərazisində aparılmış tədqiqat işləri ilə maraqlanıb, qayaüstü rəsmlərə baxıb. Qobustan abidələrinin bəşər sivilizasiyasının ilkin izlərini özündə əks etdirdiyini bildirən qoruğun direktoru Vüqar İsayev qoruğun 2007-ci ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyini qonağın diqqətinə çatdırıb. Qazaxıstanda Qobustan abidələrini əks etdirən sərginin təşkil olunması arzusunu dilə gətirən qonaq qədim insan məskənindən xoş təəssüratla ayrılıb.