16.01.2020

​ Qoruqlarda "Avropa İrs Günləri" geniş qeyd olunub

Qoruqlarda "Avropa İrs Günləri" geniş qeyd olunub

Sentyabrın 20-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş tədbirin ikinci günü keçirilib. "Avropa İrs Günləri" Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba “Soyqırım memorial kompleksi”nidə də geniş qeyd olunub. Layihə çərçivəsində qoruqlarda “açıq qapı” günü təşkil olunub, mədəni irsimizin qorunmasına həsr olunmuş sərgilər açılıb. "Avropa İrs Günləri" layihəsi haqqında ziyarətçilərə ətraflı məlumat verilib. Qeyd olunub ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.