20.12.2021

“Keşikçidağ”da aparılan tədqiqatların 10 illiyinə həsr olunmuş konfrans keçirilib

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü və Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən qoruqda aparılmış elmi tədqiqatların 10 illiyinə həsr olunmuş elmi-praktiki konfrans” keçirilib.

Konfrans zamanı Qazax-Ağstafa bölgəsində, eyni zamanda qoruq ərazisində arxeoloji elmi-tədqiqat işləri aparmış alimlər məruzələrlə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, indiyə kimi aparılan arxeoloji tədqiqatlar nəticəsində qoruq ərazisində daş dövründən başlayaraq orta əsrlərə qədər çox sayda tarixi, memarlıq, arxeoloji və dini abidələr mövcuddur.

Konfrans çərçivəsində elmi tədqiqatların 10 illiyinə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunmuş Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan maddi-mədəniyyət nümunələri nümayiş etdirilib.