20.10.2021

Vətən müharibəsi iştirakçısı işlə təmin olunub

Vətən müharibəsinin fəal iştirakçısı Əzizov Bilal Ağabəy oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin Siyəzən rayonu üzrə Baş mütəxəssis-abidə mühafizəçisi vəzifəsinə işə qəbul edilib.

Bununla əlaqədar Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəhrəman döyüşçümüzü qəbul edib. Ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bilal Əzizov ikinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Xocəvənd və Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, ilin əvvəlindən bu günə kimi 25 nəfər müharibə iştirakçısı və ya onların ailə üzvü olan şəxslər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrə işə qəbul edilib.