14.10.2022

Dövlət Xidmətinin rəisi "Azərbərpa"da olub

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin sədrliyi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutu MMC-nin əməkdaşları ilə müzakirə aparılıb.

Ölkəmizdə tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatı olan “Azərbərpa”-nın bərpa prosesində rolu, yeni çağırışlara uyğun iş üslubunun formalaşdırılması, öz ənənələrinə sadiq qalaraq qabaqcıl təcrübənin tətbiqi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə “Azərbərpa”-nın təcrübəli memar və mütəxəssisləri yeni yanaşmalara, müasir çağırışlara hazır olduqlarını ifadə ediblər.

Dövlət Xidmətinin rəisi institutun inkişafı, bərpa prosesində tədqiqat işlərinin gücləndirilməsi, fəaliyyətin uğurla davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.