20.04.2023

Melina Merkuri beynəlxalq mükafatına namizədlərin qəbulu elan olunub

Mədəni Landşaftların Mühafizəsi və İdarə edilməsi üzrə UNESCO – Yunanıstan Melina Merkuri beynəlxalq mükafatı üçün 2023-cü il üzrə namizədlərin qəbulu elan olunub.

Bu mükafatın təqdim olunmasında məqsəd dünyanın əsas mədəni landşaftlarının qorunması və möhkəmləndirilməsində həyata keçirilən fəaliyyətləri qiymətləndirməkdən ibarətdir.

Mükafata şəxslər, institutlar və qeyri-hökumət təşkilatlarının namizədlikləri irəli sürülə bilər. Qaliblərin 30 min ABŞ dolları məbləğində mükafatla təltif olunması nəzərdə tutulur.

Qeyd edək ki, Yunanıstanın mədəniyyət naziri olmuş, tanınmış aktrisa və mədəni irsin qorunması üzrə fəal şəxs olan Melina Merkurinin adını daşıyan mükafat 1995-ci ildə təsis olunub, 2017-ci ildə UNESCO İcraiyyə Şurasının 202-ci sessiyasında yenilənmişdir.

Daha ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

https://whc.unesco.org/en/culturallandscapesprize/