01.09.2023

“Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq

Mədəniyyət Nazirliyi 2023-cü il 3 sentyabr tarixində, saat 18 00-da Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil edəcək.

Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendinin, gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi, yekunda isə qala konsertin keçirilməsi nəzərdə tutulur.