25.06.2023
Ziyarətçilərin və turizm şirkətlərinin nəzərinə
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli memarlıq abidəsi olan Çıraqqalada aparılan bərpa-konservasiya işləri ilə əlaqədar qalanın ziyarət olunması müvəqqəti məhdudlaşdırlıb.
Ziyarətçilərdən və turizm şirkətlərindən qeyd olunanları nəzərə almaları xahiş olunur.
Qoruğun digər hissələrinə isə giriş sərbəstdir.