Soyqırımı qurbanlarının xatirəsi anılıb
Azərbaycanlıların soyqırımının 106-cı ildönümü ilə əlaqədar martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra kompleksin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub.
Qonaqlar daha sonra 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən 1918-ci ildə belarusiyalı fotoqraf Lev Daşkeviç tərəfindən lentə alınmış foto-sərgi ilə tanış olublar.