10.07.2024
Dövlət Xidmətinin məlumatı
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elan etdiyi dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri üçün “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi” çərçivəsində qəbul olunan layihələr Ekspert Şurası tərəfindən dəyərləndirilmişdir.
Təqdim olunan dizayn layihələri qənaətbəxş olmadığına, müəyyən edilmiş meyarlara və müsabiqə şərtlərinə cavab vermədiyinə görə qalibin müəyyənləşdirilməsi mümkün olmamışdır.