Havana şəhərinin Tarixçi İdarəsinin baş direktor müavini ilə görüş keçirilib
Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Kuba Respublikasının Havana şəhərinin Tarixçi İdarəsinin baş direktor müavini Perla Rosales Aguirreurreta ilə görüşüb.
Görüş 1-3 may tarixlərində Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutub.
Səbinə Hacıyeva ölkəmiz tərəfindən mədəni irs sahəsində atılan addımlardan danışıb.
Xanım Perla Rosales Aguirreurreta görüşə görə təşəkkürünü bildirib, Forumda iştirakından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.