09.02.2024
Karabük Universitetinin nümayəndələri ilə görüş keçirilib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Türkiyənin Karabük Universitetinin professoru Aysun Özköse və dosenti Nərmin Ağayeva ilə görüş keçirilib.
Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva ölkəmizin mədəni irsi haqqında geniş məlumat verib, bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən danışıb.
Görüşdə Karabük Universitetinin memarlıq, mədəni irsin qorunması, inkişafı, bərpası üzrə təhsil, tədris və elmi-tədqiqat sahəsində fəaliyyətindən danışılıb, bu istiqamətdə əməkdaşlığın qurulması müzakirə olunub.