“Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi”
Xəbər verdiyimiz kimi, 1-3 may tarixlərində Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT Turizmin birgə tərəfdaşlığı ilə keçiriləcək.
Mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Nazirlərin 5-ci görüşü baş tutacaq.
“Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusuna həsr olunan görüş Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin sədrliyi ilə keçəcək. Görüşdə forumda iştirak edən xarici ölkələrin nazirləri, nazir müavinləri və ölkəmizdə akkreditə olunan səfirlərin məruzələri dinləniləcək.