Qoruqlarda “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı tədbirlər keçirilib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında “Yaşıl dünya naminə həmrəylik ili” və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş tədbirlər keçirilib.
Qoruqlarda həyata keçirilən ağacəkmə aksiyaları, ekskursiyalar, intellektual yarışlar və maarifləndirici tədbirlərdə ətraf mühitin və yaşıllıqların qorunması, tarixi abidələrin təbliği və mühafizəsindən danışılıb. İqlim dəyişikliyinin tarixi abidələrə və tullantıların ekosistemə mənfi təsirlərinin azaldılması, ekoloji maarifləndirmə kimi mövzulardan bəhs olunub.