12.06.2025

Dövlət Xidmətinin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Türküstan vilayətində "Türk sivilizasiyasının abidələri: tədqiqat, qoruma və bərpa metodları" mövzusunda təşkil olunan II Türk Dünyası Memar və Bərpaçıları Beynəlxalq Simpoziumunda iştirak ediblər.

Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan mütəxəssislər - memarlar, bərpaçılar, tarixçilər və tədqiqatçılar iştirak edib.

Türk sivilizasiyasının memarlıq irsinin öyrənilməsi, qorunması və bərpası sahəsində aktual məsələlərin müzakirə olunduğu tədbirdə ölkəmizin mədəni irsi, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin vəziyyəti ilə bağlı geniş məlumat verilib.