Romualdo del Bianko Fondunun baş katibi ilə görüş keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində nazir müavini Səadət Yusifova ilə İtaliyanın Romualdo del Bianko Fondunun baş katibi Simone Giometti araında görüş keçirilib.
Görüşdə tərəflər arasında əməkdaşlığın inkişaf perspektivləri, mədəniyyətlərarası dialoqun genişləndirilməsi və mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub.
Əsas missiyası beynəlxalq görüşlər, təhsil proqramları, mədəni layihələr vasitəsilə gəncləri və ekspertləri bir araya gətirmək olan Fondla əlaqələrin daha da genişləndirilməsi, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər. Qonaqlara Azərbaycan xalçaçılığının tarixi, xalçaçılıq məktəbləri, eləcə də incəsənət nümunələri və muzeylərin fəaliyyəti barədə məlumat verilib.





























