Diplomatlar Xudavəng monastırını ziyarət ediblər
Sentyabrın 12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində Kəlbəcər rayonunda olublar.
Səfər zamanı diplomatlar Vəng kəndində yerləşən Xudavəng monastırını ziyarət ediblər.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qonaqlara dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastırı haqqında ətraflı məlumat verib.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri monastır kompleksinin ərazisini gəzərək burada qorunub saxlanılan tarix-memarlıq nümunələri ilə yaxından tanış olublar.
























