Dövlət Xidmətinin əməkdaşları “İrs İstanbul 2026” sərgisinə qatılıb
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları Türkiyənin İstanbul şəhərində keçirilən 9-cu “İrs İstanbul 2026” sərgisində iştirak edib.
1-4 aprel tarixlərində təşkil olunan, abidələrin qorunması, bərpası, arxeologiya və muzey texnologiyalarına həsr edilmiş beynəlxalq sərgi və konfransda 130-dan artıq yerli və xarici şirkət və təşkilatların mütəxəssisləri bir araya gəlib. Tədbir çərçivəsində mədəni irsin qorunması, tədqiqi və bərpası sahəsində beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Dövlət Xidmətinin əməkdaşları sərgi zamanı müxtəlif dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər keçirib, tarixi abidələrin qorunması və bərpa-konservasiyası sahəsində müasir texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
































