01.07.2026

Qoruq direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə keçirilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru vəzifəsinə işə qəbul məqsədilə müsabiqə elan olunur.

Vəzifənin əsas məqsədi: Qoruğun fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkil edilməsi, tarix-mədəniyyət irsinin mühafizəsi, elmi tədqiqat, konservasiya, bərpa, turizm, maarifləndirmə və inzibati idarəetmə istiqamətlərində fəaliyyətin səmərəli həyata keçirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Qoruğun strateji inkişaf planının hazırlanmasını və icrasını təmin etmək;
  • Qoruğa rəhbərlik etmək və onun fəaliyyətini təmin etmək;
  • Tarix, mədəniyyət və arxeoloji irs nümunələrinin qorunmasını təşkil etmək;
  • Dövlət proqramları və beynəlxalq layihələrin icrasında qoruğu təmsil etmək;
  • Maliyyə, insan resursları və inzibati fəaliyyətə rəhbərlik etmək;
  • Dövlət qurumları, beynəlxalq təşkilatlar, media və digər tərəfdaşlarla əməkdaşlıq qurmaq, qoruğu təmsil etmək və ictimai çıxışlar həyata keçirmək;
  • Yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək;
  • Qoruğun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək.

Namizədə tələblər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Ali təhsil (muzeyşünaslıq, tarix, arxeologiya, memarlıq, inzibati idarəetmə, mədəniyyətşünaslıq, dövlət idarəçiliyi, hüquq və turizm ixtisasları);
  • Rəhbər vəzifədə 5 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini B2 səviyyədə bilmək (digər xarici dillər üstünlük hesab olunur);
  • Dövlət büdcəsi, layihələrin idarə olunması və strateji planlaşdırma sahəsində biliklər;
  • Liderlik, qərarvermə, danışıqlar aparmaq və kollektivin idarə olunması bacarıqları;
  • Kompüter (MS Office) bilikləri;
  • Turizmin inkişafı, marketinq və brendinq, rəqəmsal irsin idarə olunması və mədəni irsin idarəedilməsi istiqamətlərində müasir idarəetmə yanaşmalarını tətbiq etmək bacarığına malik olmalıdır;
  • Qrant, donor və sponsor vəsaitlərinin cəlb edilməsi üzrə beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq layihələrinin hazırlanması və idarə olunması sahəsində bilik və təcrübəyə malik olmalıdır.

Təqdim olunacaq sənədlər:

  • CV;
  • Şəxsiyyət vəsiqəsinin surəti.
  • İş qrafiki: Həftədə 5 iş günü:
  • İş saatı: 09:00-18:00;
  • İş yeri: Qax rayonu, İlisu kəndi.

Müraciət qaydası:

Namizədlər tələb olunan sənədləri 20 iyul 2026-cı il tarixinədək info@heritage.gov.az elektron poçt ünvanına göndərə və ya Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84 ünvanına (Hökumət evi, 5-ci qapı, 1-ci mərtəbə) təqdim edə bilərlər.

Qeyd: yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.