“Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masa keçirilib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə mədəni və təbii irsin qorunması, biomüxtəlifliyin mühafizəsi, iqlim dəyişmələrinin mədəni irsə təsiri, eləcə də türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Dəyirmi masada Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva mədəni irsin hərbi münaqişələr və təbii fəlakətlər nəticəsində üzləşdiyi təhdidlərə diqqət çəkərək abidələrin dağıdılması, qarət edilməsi və qanunsuz dövriyyəsinin qarşısının alınmasının, eləcə də mədəni kimliyin və tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.
Tədbirdə Azərbaycan və digər türk dövlətlərindən dövlət rəsmiləri, deputatlar, ekspertlər və mədəni irs sahəsinin mütəxəssisləri iştirak ediblər.
Dəyirmi masa mövzu ətrafında fikir mübadiləsi və müzakirələrlə davam edib.
























