12.09.2026
Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər
Sentyabrın 12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdərə rayonunun Vəngli kəndində yerləşən dünya əhəmiyyətli memarlıq abidəsi olan Gəncəsər monastırını ziyarət ediblər.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva diplomatlara Gəncəsər monastırının tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verib.
Daha sonra diplomatlar monastırın ərazisinə baxış keçirib, abidə ilə tanış olublar.
























