Zeynəddin Hamamı

Abidənin adı:

Hamam (Hacı Zeynəddin)”

Abidənin ünvanı:

AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Asəf Zeynallı küçəsi

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

135 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.557831

Y-koordinat: 50.009560

Abidənin tikinti tarixi:

Əsr: XIV əsr

Tikinti ili: 1388-ci il

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin tarixi abidələrindən biri də Hacı Zeynəddin hamamıdır. 1388-ci ildə inşa edilən hamamın üstündə olan iki kitabədə tikili haqqında məlumat verilir.

Birinci kitabədə yazılıb: "Bu gigiyena-təmizlik binasının tikilməsi barədə Damqandan olan rəhmətlik müqəddəs Şixabəddinin oğlu çox hörmətli Hacı Zeyn-əddin göstəriş vermişdir. Allah onu bağışlasın".

İkinci kitabədə isə abidə barədə deyilir: "790-cı ilin müqəddəs məhərrəm ayında usta Qustasif Musa oğlu tərəfindən tikilmişdir".

Abidə hazırda “Hacı Zeynəddin hamamı” olaraq tanınır.

Memarlıq-arxeoloji ölçü cizgilərinə əsasən, 1961-ci ildə abidənin bərpa layihə cizgiləri işlənib. 1990-cı illərdə hamam binasında bərpa-istehsalat işləri aparılıb. İstehsalat zamanı dağılmış daş divarlar əhəngdaşı ilə bərpa olunub.